AnalitikaGündəmSiyasət

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Qarabağda, Xankəndidə keçirilməsinin xüsusi mənası var

“İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələrin və bütövlükdə Mərkəzi Asiya, Xəzər, Orta Şərq və Qara dəniz regionlarının davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır. Bu mənada iqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün qədim Azərbaycan torpağı olan Qarabağda, Xankəndidə keçirilməsinin xüsusi mənası var. Xankəndidə keçirilmiş Zirvə görüşü iqtisadi əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi imkanları barədə müzakirələrlə yanaşı həm də xüsusilə Azərbaycanın, Türkiyənin, Pakistanın, İranın, Özbəkistanın, Qırğızıstanın, Takicikistanın dövlət rəhbərlərinin isti münasibətləri fonunda mühüm siyasi mesajların verilməsi ilə yadda qaldı”.

Bunu “ƏsasXəbər”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir: “Çünki İqtisadi Əməkdaşlıq Təşkilatı konstruktiv əməkdaşlıq platformasıdır və Cənubi Qafqaz regionunun ən güclü ölkəsi kimi Azərbaycan beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Bu baxımdan, Azərbaycanın İƏT-ə üzv dövlətlərlə münasibətləri də dostluq və qarşılıqlı hörmətə əsaslanır. İƏT də nəhəng iqtisadi potensialdan daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir”.

“Təşkilata üzv olan ölkələr Avrasiya məkanında mühüm nəqliyyat və enerji layihələrinin reallaşdırılmasında xüsusi rol oynayırlar” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Vətən müharibəsində əldə olunmuş Zəfərdən sonra yaranmış yeni reallığa əsasən Azərbaycanın formalaşdırdığı əməkdaşlıq platforması İƏT ölkələri üçün də faydalı olacaq. Xüsusilə də Zəngəzur dəhlizi İƏT üzvlərinin əməkdaşlıq və ticarət əlaqələrinin inkişafına əlavə impulslar verəcək. Yeni nəqliyyat infrastrukturu Orta, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək ki, İƏT-ə üzv ölkələr də bu dəhlizdən istifadə edəcəklər.

Oxşar Xəbərlər

Back to top button