AnalitikaGündəmSiyasət

Gürcüstan Azərbaycanın şimal-qərb enerji koridorunun vacib hissəsidir

Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüş, iki ölkə arasındakı strateji əhəmiyyət daşıyan münasibətlərin möhkəmləndirilməsi baxımından önəmli hadisədir. Bu görüşdə regionda iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələri üzrə əsas prioritetlər müzakirə olunmuş və mətbuata verilən bəyanatlar, bu sahələrdəki əməkdaşlığın yeni mərhələyə qalxacağını göstərir. Prezident İlham Əliyev bəyanatında enerji sahəsindəki əməkdaşlıqdan özəlliklə bəhs etdi. Azərbaycanın Avropa bazarlarına enerji təchizatında önəmli rol oynadığı və bu bağlantıda Gürcüstanın tranzit ölkə kimi əhəmiyyəti vurğulandı. Gürcüstan, Azərbaycanın şimal-qərb enerji koridorunun vacib hissəsidir və bu yöndəmə iqtisadi göstəricilərin artmasına imkan yarada biləcək yeni layihələrin həyata keçirilməsi müzakirə olunub. Bu sahədə TAP və TANAP körgəsində çıxşan yeni boru kəməri layihələri, həm Azərbaycan, həm də Gürcüstanı beynəlxalq enerji bazarında daha çevik oyunçu halına gətirə bilər. Prezident İlham Əliyev, Azərbaycan və Gürcüstan arasındakı nəqliyyat əməkdaşlığının strateji vacibliyini xüsusi vurğuladı. Bu bağlılıqda Orta Dəhliz (Middle Corridor) konsepsiyası və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr əsas mövzulardan biri oldu. Gürcüstan, Azərbaycanın beynəlxalq bazarlara çıxışında kilid rolu oynayır və bu bağlılıqda iki ölkə arasındakı nəqliyyat infrastrukturu çəkilənləri daha da möhkəmləndirəcəyi qeyd olunub. Regiondakı ölkələrin bu istiqamətdəki əməkdaşlığı Avrasiyada yük daşımaları üçün yeni imkanlar yarada bilər və bu da iqtisadi inteqrasiyanı gücləndirəcəkdir. Bu layihələrin davam etməsi regionda sabitlik və iqtisadi rifahın artması baxımından olduqca çəkilidir. Görüşdə diqqətə layiq olan çıxışlardan biri də regionda təhlükəsizlik və sabitliyin qorunması məsələsi idi. Prezident İlham Əliyev, Cənubi Qafqazdakı problemlərin sülh yolu ilə həllinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın bu istiqamətdə ardıcıl sıyasət yürütdüyünü qeyd etdi. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də öz çıxışında regional sabitliyin qorunmasının iki ölkə arasındakı əməkdaşlıq üçün əsas şərtlərdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyevlə Baş nazir İrakli Kobaxidze arasında keçirilən bu görüş, Azərbaycan və Gürcüstan arasındakı dərin tarixi dostluğun və strateji əməkdaşlığın yeni bir mərhələyə qalxacağını göstərir.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button