Gündəm
Füzuli şəhəri-Qarabağın mədəni irsi

Füzuli şəhəri Qarabağ bölgəsinin mühüm mədəni və strateji mərkəzlərindən biridir. Şəhərin adı dünya ədəbiyyatına dərin iz qoymuş dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin adını daşıyır. Bu ad həm mənəvi, həm də ədəbi baxımdan Azərbaycan xalqının zəngin mədəniyyətinin təcəssümüdür.
Tarixi mənbələrə görə, Füzuli şəhərinin yerləşdiyi ərazi qədim yaşayış məskənlərindən biri olub. Bu torpaqlarda əsrlər boyu zəhmətkeş, vətənpərvər insanlar yaşayıb, zəngin adət-ənənələr formalaşıb.
Nilufər Cavadlı
YAP-ın gənc fəalı