Fincanı daşıran 27 sentyabr damlası qələbəyə aparan sel oldu
Qarabağ tarixən Azərbaycan torpağı olmuşdur və heç kəs bunu dana bilməz amma çar Rusiyası tərəfindən ermənilər bu əraziyə köçürüldüyü dövrdən bu yana onların xalqımıza qarşı əsassız torpaq iddiaları və düşmənçiliyi baş alıb gedir. Bu düşmənçilik o həddə çatmışdı ki, müəyyən müddət sonra Rusiyada inqilabların baş verdiyi dövrlərdə onlar yüz minlərlə soydaşımızı qətlə yetirmişlər. 1918-1920-ci illərdə baş verən dəhşətli hadisələr buna ən uyğun nümunədir.
1948-1956-cı illərdə isə ermənilər 150 minə yaxın azərbaycanlını öz dədə-baba torpaqlarından deportasiya etdilər. 1987-ci ildən başlayaraq daha 300 min soydaşımız bu cür hadisələrlə üzləşdi.
Ermənilərin xalqımıza qarşı düşmənçiliyinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Zamanla ermənilər torpaqlarımızın 20%-ni işğal etdilər. tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. 30 il ərzində 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarına həsrət qalmış, qaçqın və məcburi köçkün həyatı sürmüşdür. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmişdir. Qəhrəman Azərbaycan xalqı torpaqlarının işğal altında olması ilə heç vaxt barışmamış, ermənilərin törətdiyi cinayətləri heç vaxt unutmamışdır. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını bütün dünyaya göstərmişdir.
Fincanı daşıran son damla isə 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başlaması oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Məhz fincanı daşıran 27 sentyabr damlası qələbəyə aparan sel oldu. Bu selin nəticəsində biz hər il 27 Sentyabr-Anım günü kimi qeyd olunmağa başladı.
44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi.
Kərimov Qarabəy,
YAP-ın fəalı