
Cari ilin yay “transfer pəncərəsi”ndə klublar rekord məbləğdə pul xərcləyiblər.
“ƏsasXəbər” məlumat verir ki, bu barədə FİFA informasiya yayıb.
Yay “transfer pəncərəsi” iyunun 1-dən sentyabrın 2-dək, o cümlədən ABŞ-də keçirilən klublararası dünya çempionatı ilə əlaqədar iyunun 1-dən 10-a kimi xüsusi müddət də açıq olub.
Bu müddət ərzində kişilərin peşəkar futbolunda 12 000-dən bir qədər az beynəlxalq transfer həyata keçirilib ki, bu da yeni rekorddur.
Klubların transfer xərcləri 9,76 milyard dollara yüksəlib ki, bu da rekord göstəricidir. Cari rəqəmlər 2024-cü ilin eyni dövrünün məbləğlərini 50 %-dən çox üstələyib.
İngiltərə klublarının 3 milyard dollardan çox pul xərclədiyi qeyd edilir. Bu, milli assosiasiyalar arasında bütün zamanların rekordudur.