AnalitikaGündəmSiyasət

Ermənistan tərəfi işğal etdiyi ərazilərimizdən sakitcə çəkilməyə məcbur oldu

Yola saldığımız il bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Ermənistanın işğalı altında olan 4 kənd ötən il azad edildi. Bununla da Azərbaycan Ermənistana və onun havadarlarına bir daha nümayiş etdirdi ki, bir qarış torpağını belə güzəştə getməyəcək. Bəli, elə də oldu. Ermənistan tərəfi işğal etdiyi ərazilərimizdən sakitcə çəkilməyə məcbur oldu. Həmin ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyan sərhədyanı ərazilərə səfər edərək yerli sakinlərlə görüşdü. Vəziyyətin ciddiliyinin fərqində olan Paşinyan bu durumu erməni sakinlərə, radikallara izah etməyə çalışırdı. Əgər Ermənistan bizim istəyimizə uyğun hərəkət etməsəydi növbəti hərbi əməliyyatlar başlayacaqdı. Vətən müharibəsi və Antiterror əməliyatından sonra Ermənistanın 3-cü məğlubiyyəti qaçınılmaz olacaqdı. Qazax rayonunun dörd kəndi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən Ermənistanın baş naziri qarşısında son tələb təxminən bir il əvvəl ötən ilin fevralında Münxendə qoyulmuşdu. Beləliklə, 4 ilin dərsindən nəticə çıxardan Ermənistan bu kəndlərdən sakitcə çəkildi. Lakin Ermənistanın üzləşdiyi bu məğlubiyyətləri Fransa hələ də həzm edə bilmir. Fransa Prezidenti E.Makron Vətən müharibəsi vaxtı 6-7 dəfə mübarizəmizi dayadırmağa cəhd edib. Hətta bizi “Dağlıq Qarabağ”ı tanımaqla bağlı təhdid də edib. Azərbaycan Prezidenti Ali Baş Komandanın cavabı isə çox sərt olub. Qondarma “Dağlıq Qarabağ”ı tanıyan istənilən ölkə bizdən diplomatik münasibətlərin kəsilməsinə dair nota alacaq. Bundan sonra Fransa başqa üsullara əl ataraq Ermənistanı sürətlə silahlandırmağa başladı və Avropa İttifaqından olan müşahidəçilərdən ibarət missiyanın Ermənistan sərhəddinə göndərilməsində əsas təşəbbüskarlardan biri oldu. Makron hakimiyyəti bir şəkildə beynəlxalq aləmdə güclü olduğunu nümayiş etdirmək istəyirdi.Fransa artıq əvvəlki Fransa deyil. Digər ölkələr artıq Fransanın istəyinə uyğun hərəkət etmək məcburiyyətində deyildi. Biz öz haqq savaşımızı özümüz başladıb, özümüz də bitirdik. Rəsmi Parisin bəyənatları, Azərbaycan əleyhinə BMT Təhlükəsizlik Şurasında qətnamələrin qəbul edilməsinə səy göstərməsi də nəticəni dəyişmədi. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, Ermənistana heç kim kömək etməyəcək. Onlar meydanda tək qalacaqlar. Biz isə istədiyimiz formada siyasətimizi həyata keçirəcəyik. Afrikadan qovulan Fransa Cənubi Qafqazda güclənməyə çalışırdı. Lakin güclü və qüdrətli Azərbaycan dövləti buna imkan vermədi. Bu gün Fransanın müstəmləkəsi olan ölkələrdə Azərbaycan bayrağı dalğalanır. Fransa hakimiyyəti tərəfindən əzilən xalqların hüquqlarını beynəlxalq aləmə Azərbaycan çatdırır. Özü də qalib ölkə olan Azərbaycan. Ermənistanın indi mövcud reallığı qəbul etməkdan başqa alternativi yoxdur. Öldürcü silahlara sahib olmaq hələ qalib ölkəyə çevrilmək demək deyil.

Azərbaycan hərbçisinin qabağından qaçan bir orduya, istədiyin silahları verməklə nəticəni dəyişmək mümkün deyil. Birincisi Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü ordusuna sahibdir. Vətən müharibəsindən sonra Türkiyənin ordu modelinə keçid sürətli şəkildə icra edilib. İkincisi Şuşa Bəyannaməsi bizim gücümüzə güc qatır.

Avropa İttifaqının sülh fodundan aldığı vəsaiti öz hərbi məqsədləri üçün xərcləyən Ermənistan sülh müqaviləsini imzalamağa o qədər də istəkli görünmür. Rəsmi Bakı hesab edir ki, Minsk qrupu ləğv edilməli və Ermənsitan konstitusiyası dəyişdirilməlidir.Yalnız bu halda sülh müqaviləsi mümkündür. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Belə olan halda Ermənistan dalan ölkə olmağa davam edəcək. Azərbaycan isə özünün digər prioritet hədəflərini reallaşdıracaq. Dövlət başçısının vurğuladığı kimi Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. O gün isə elə də uzaqda deyil.

Ruhiyyə İbrahimova,
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin direktoru 

Oxşar Xəbərlər

Back to top button