
Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Napoli”ilə matçda möhtəşəm qurtarışlar edən “Qarabağ”ın qapıçısı Mateuş Koxalski oyunun ən yüksək xal toplayan oyunçusu olub.
ƏsasXəbər Qafqazinfo-a istinadən xəbər verir ki, o, 8,9 xalla hər iki komandanın futbolçuları arasında ən yaxşı seçilib.
Lakin yaxşı oyununa baxmayaraq UEFA matçın oyunçusu mükafatını Koxalskiyə deyil “Napoli”nin yarımmüdafiəçisi Skot Maktominaya verib.



