AnalitikaGündəmSosial

Əlifba və Tərcümə: Dünyaya Açılan Pəncərə

Azərbaycanın latın qrafikalı əlifbaya tam və hərtərəfli keçidi xalqımızın dünya informasiya məkanına və inkişaf etmiş dövlətlər sırasına inteqrasiyasını sürətləndirdi. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı əsasında latın qrafikası ilə çap olunacaq əsərlərin kütləvi nəşri reallaşdırıldı.

Həmçinin, 2007-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi barədə Sərəncam gənc nəslin dünya mədəniyyəti ilə öz ana dilində tanış olmasına imkan yaratdı. Bu cür nəşrlər göstərir ki, Azərbaycan dili ən mürəkkəb fəlsəfi və bədii mətnləri belə dəqiqliklə ifadə edə bilən qüdrətli dildir.

Bununla yanaşı, dünyada 50 milyondan çox insanın ana dili olan Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, etimoloji lüğətlərinin hazırlanıb çap olunması dövlət siyasətinin əsas hissəsidir. Avqustun 1-i əlifba və dil günü kimi qeyd edilərkən, biz məhz bu elmi və mədəni nailiyyətlərlə qürur duyuruq.

Sevinc Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button