ƏsasXəbər “Aktualinfo.az”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan gəmi komandiri, Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin ailəsini ziyarət edib.
Əli Əhmədov təmsil etdiyi dairənin ərazisində yaşayan və seçicisi olan Kşnyakin ailəsinin üzvlərinə və yaxınlarına baş sağlığı verib, onların qayğıları ilə maraqlanıb. Ailə üzvləri də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.