Son illərdə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmişdir. İstər neft istər qeyri-neft sahəsində artım olub. Qeyri-neft sahəsində artım 6 faiz olmuşdur. Bütün sahələrdə illərdir islahatlar keçirilməkdədir. Artıq bu islahatlar öz bəhrəsini verməkdədir. Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir.
Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Azərbaycan manatı öz dəyərini neçə ildir saxlamaqdadır. Azərbaycan vətəndaşlarının yaşayışı ildən-ilə daha da yaxşılaşmaqdadır.
Bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Biz layiqincə bunun öhtəsindən gəldik.
Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərdi. Bu bizim üçün çox əhəmiyyət kəsb edir. Türkiyə namizədliyimizi çox dəstəkləyirdi. Bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul edirik, bəlkə də o cümlədən buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur. İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq.
Düzgün siyasətimizlə Biz Qarabağı cənnətə çevirəcəyik. Qondarma “Dağlıq Qarabağ”ın tanınması mövzusu dərhal gündəlikdən çıxdı.
Biz böyük sərmayələr yatırırıq və qaz çatışmazlığı məsələsində Avropaya kömək etməyə çalışırıq. Avropada tərəfdaşlarımıza ciddi dəstək göstəririk.
Yeni idarəetmə modeli yaradıldı və biz bunun müsbət tərəflərini dərhal görməyə başlamışıq. Yeni 10 metro stansiyası inşa ediləcək.
Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür.
Azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.
Məqsədi Qəniyeva,
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin rus dili müəllimi