Gündəm

Dövlət Suverenliyi Günü Azərbaycanın əbədi yaşayacağının parlaq rəmzidir

20 sentyabrAzərbaycanın çoxəsrlik dövlətçiliksalnaməsində mühüm mərhələ, ölkənin bütünərazisində qanunun, ədalətin hüququn tam bərqərarolduğu tarixi gündür. Azərbaycan RespublikasınınPrezidentinin müvafiq Fərmanı ilə təsis edilən buəlamətdar gün, xalqımızın azadlıq mübarizəsinin, sarsılmaz iradəsinin ərazi bütövlüyü uğrundaapardığı müqəddəs mübarizənin məntiqi zirvəsidir.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanuzun illər ərzində hərbi təcavüz, torpaqlarının işğalı separatizm problemləri ilə üz-üzə qalmışdı. Ölkənintəxminən 20 faiz ərazisinin işğal altında olması dövlətsuverenliyinin tam tətbiqinə imkan vermirdi.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə işğala son qoyulsa da, Qarabağ bölgəsində qanunsuzmövcudluğunu saxlayan separatçı rejim suverenliküçün böyük təhdid təşkil edirdi. 2023-cü il sentyabrın19-da həyata keçirilən cəmi 24 saat ərzində uğurlayekunlaşan lokal xarakterli antiterror tədbirlərinəticəsində separatçı hərbi birləşmələr tam tərk-silahedildi ləğv olundu. Ölkənin hər bir nöqtəsindəAzərbaycan Respublikasının Konstitusiyasının qanunlarının aliliyi təmin edildi. Azərbaycan öz hüquqi siyasi suverenliyini tam bərpa etdi.

Dövlət Suverenliyi Günü sadəce bir təqvim tarixi deyil, müasir Azərbaycan dövlətçiliyinin sütunlarını təşkiledən fundamental dəyərlərin zahürüdür. Bu tarixxalq-iqtidar-ordu birliyinin, Silahlı Qüvvələrimizinpeşəkarlığının qəhrəmanlığının təntənəsidir.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə beynəlxalq hüquq normalarına əsaslanaraq öz suverenərazisində qayda-qanunu tam bərpa edən Azərbaycan, regionda dayanıqlı sülhün təhlükəsizliyin əsaszəmanətçisinə çevrilmişdir. Suverenlik günü Vətəntorpaqlarının azadlığı bütövlüyü uğrunda canındankeçmiş şəhidlərimizin müqəddəs ruhuna olan ən aliehtiramın ifadəsidir.

Bu gün Azərbaycan Respublikasının dövlət bayrağıXankəndidə, Xocalıda, Şuşada, Laçında, Kəlbəcərdə azad olunmuş bütün digər şəhər kəndlərimizdəqürurla dalğalanır. Suverenliyin tam bərqərar olunmasıazad edilmiş torpaqlardaBöyük Qayıdışproqramınıntam miqyasda reallaşdırılmasına, infrastrukturunqurulmasına dinc həyatın bərpasına geniş imkanlaraçmışdır.

20 SentyabrDövlət Suverenliyi Günü hər birAzərbaycan vətəndaşı üçün müstəqil, qüdrətli bölünməz Azərbaycanın əbədi yaşayacağının parlaqrəmzidir.

 

Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatınınsədri

Oxşar Xəbərlər

Back to top button