AnalitikaGündəmSosial

Dövlət Dili və Qanunvericilik Bazasının Təkmilləşdirilməsi

Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayan əsas sənədlərdən biri 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanundur. Qanuna əsasən, dövlətimiz Azərbaycan dilinin işlədilməsini müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayır, onun qorunması və inkişafı qayğısına qalır. Həmçinin, bu Qanun dünya azərbaycanlılarının dil ilə bağlı milli-mədəni ehtiyaclarının ödənilməsinə zəmin yaradır.

Prezident İlham Əliyev bu hüquqi bazanı daha da gücləndirərək bir sıra mühüm sərəncamlar imzalamışdır. 2018-ci il noyabrın 1-də imzalanmış Fərmanla Azərbaycan dilinin saflığının qorunması məqsədilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmış və bu mərkəz 23.11.2024-cü il tarixinədək fəaliyyət göstərmişdir.

Daha sonra, 2025-ci il iyulun 31-də imzalanmış yeni Fərmanla Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarət etmək və dilin inkişafını təmin etmək səlahiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmişdir. Bu addımlar dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını təsdiq edir.

Aytən İsmayılova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button