Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsidir.
Azərbaycan COP29 üçün ev sahibliyi hüququnu əldə etdikdən sonra antiAzərbaycan dairələrinin sistemli hücumlarına məruz qaldı. Xüsusilə də Qərbdəki dairələr, QHT libasındakı qruplaşmalar, media quruluşları və ölkəmizdəki “beşinci kolon” Azərbaycana qarşı qarayaxma kampaniyasına başladılar. Onu da qeyd etmək yerinə düşər ki, “X” sosial şəbəkə seqmentində erməni lobbisinin təsiri altında olan Qərb siyasətçiləri belə bu kampaniyaya qoşuldular. Lakin hər zaman olduğu kimi bu kampaniyalar nəticəsiz qaldı və COP29 ən yüksək səviyyədə baş tutdu, dünyanın aparıcı ölkələrinin rəhbərləri Bakıda toplaşdı.
COP29-un Azərbaycanda təşkili, ölkəmizin dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini və ətraf mühitin mühafizəsi məsələlərinə verdiyi önəmi vurğulayır. Eyni zamanda, bu tədbir Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi, ölkəmizin iqtisadi və turizm potensialının tanıdılması baxımından da əhəmiyyətlidir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi