AnalitikaGündəm

COP29 Sədrliyi öz Fəaliyyət Gündəliyi təşəbbüslərinə əlavə olaraq, iddialı iqlim tədbirləri üçün bir neçə prioritet sahədə irəliləyiş əldə edib

Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. COP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, tərəfləri bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi. Şəhər iqlim maliyyələşdirilməsi sahəsində tərəfdaşlıq və əməkdaşlıq üçün BMT agentlikləri və Hökumətlərarası Təşkilatları, çoxtərəfli inkişaf bankları (MDB-ləri), MCF-ləri, xeyriyyə təşkilatları və ikitərəfli donorları, o cümlədən şəhər ərazilərində iqlim fəaliyyəti və planlaması ilə bağlı çoxtərəfli yanaşma hazırlamaq niyyətində olan 40-dan çox tərəf və 160-dan çox ölkəni bir araya gətirir.

COP29 Sədrliyi öz Fəaliyyət Gündəliyi təşəbbüslərinə əlavə olaraq, iddialı iqlim tədbirləri üçün bir neçə prioritet sahədə irəliləyiş əldə edib. Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində 80 dövlət və hökumət başçısı və vitse-prezidentlər Paris Sazişinin irəlilədilməsini və iqlim tədbirlərinə öhdəlik götürmələrini açıqlayaraq, mitiqasiya və adaptasiya üzrə ambisiyanı artırmaq zərurətini vurğulayıblar. Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb. Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı – fövqəladə maliyyə məqsədli konfrans idi.

Fərqanə Abdulova,
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Oxşar Xəbərlər

Back to top button