Gündəmİdman

Çempionlar Liqasında pley-off mərhələsinin bütün cütlükləri bəlli oldu

Avqustun 11-də UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Aktualinfo Media Qrup “Unikal”-a istinadən  xəbər verir ki, matçların nəticələrinə əsasən, pley-off mərhələsinin bütün cütlükləri müəyyənləşib. Azərbaycan çempionu “Sabah” növbəti mərhələdə İsrailin “Hapoel” (Ber-Şeva) komandası ilə qarşılaşacaq.

Çempionlar Liqasının 2026/2027 mövsümünün təsnifat mərhələsinin pley-off cütlükləri:

“Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa)

“NEK Neymegen” (Niderland) – “Budyö-Qlimt” (Norveç)

“Hapoel” (Ber-Şeva, İsrail) – “Sabah” (Azərbaycan)

“Slovan” (Slovakiya) – “Selye” (Sloveniya)

“Seltik” (Şotlandiya) – LASK (Avstriya)

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Vikinq” (Norveç)

“Levski” (Bolqarıstan) – AEK (Yunanıstan).

Qeyd edək ki, bu mərhələnin ilk oyunları avqustun 18–19-da, cavab matçları isə 25-26-da keçiriləcək. Qaliblər Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar.

Oxşar Xəbərlər

Back to top button