AnalitikaGündəm

Bu gün xalqımıza güvən inam verən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanımızın inkişafında mətin addımlarla irəliləyir

Qalib olkənin qalib idmançıları Beynəlxalq siyasətin mahir bilicisi Prezident İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni və idman sahələrində özünü parlaq şəkildə təzahür etdirir. Bu nailiyyətlərin hər biri ölkəmiz üçün çox əhəmiyyət daşıyır. Bununla belə, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər, torpaqlarımızınişğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin misilsiz qələbəsidir, uğurudur. Prezident İlham Əliyevin idmana olan marağı xalqımız tərəfindən xüsusi rəğbətlə qarşılanır. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Prezident İlham Əliyevin ölkəmizdə idmana ayırdığı diqqət 1997-ci ildə milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ilə geniş vüsət almışdır.

Hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bundan sonra müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində də  idman komplekslərinin inşası nəzərdə tutulur.   Əsrlərdir ki, bütün dünyanın xüsusi maraqla izlədiyi yay olimpiya oyunları möhtəşəm mədəniyyət hadisəsidir. XXXIII Paris Yay Olimpiya Oyunları Azərbaycan idmançılarının nailiyyətləri ilə tarixə yazıldı. Gənc idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək Azərbaycana 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandırıb, bayrağımızı yüksəklərə ucaltdılar. Təsadüfi deyil ki, Azərbaycan əldə edilmiş medalların sayına görə dünyanın ən güclü 30 ölkəsi arasinda yer alıb. Müsəlman ölkələri arasında isə dövlətimiz üçüncü yerdə qərarlaşıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin sədri İlham Əliyev 2024 ci ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib: “Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Həm şəhərin infrastrukturu yenilənəcək, həm də tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək. Nizami yurdu olan Gəncə bütün MDB məkanına öz tarixi simasını və gözəlliyini təqdim edəcək”.

Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, üçuncu MDB  Oyunları Azərbaycanda keçiriləcək.  2024 cü il Azərbaycan idmanı üçün çox uğurlu il oldu, idmançılarımız 1700-ə yaxın medal qazandılar. Bu gün xalqımıza güvən, inam verən möhtərəm prezidentimiz İlham Əliyev Azərbaycanımızın inkişafında mətin addımlarla irəliləyir. İnanırıq ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimiz dünya miqyasında mövqeyi daha da güclənəcək.

Aidə Kərəməliyeva,
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin ingilis dili müəllimi 

Oxşar Xəbərlər

Back to top button