AnalitikaSiyasət

Bu gün Laçın rayonu inkişafının yeni mərhələsini yaşayır

“Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən Şuşadan sonra işğala məruz qalmış ikinci rayon idi. Laçın rayonu İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmışdı. İşğal nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilmiş, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdı. Ermənistan işğalçı tərəf kimi Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşdırılması siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdu”.

Bunu “www.aktualinfo.az/icxeberinfo”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, işğaldan 28 il sonra Azərbaycan xalqının beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti özü bərpa edib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun və xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, kapitulyasiya etmiş Ermənistan dekabrın 1-də Laçın rayonunu təhvil verdi. Lakin bundan əvvəl, yəni, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu 2020-ci il noyabrın 26-da təsis edilmiş “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdu”.

“Bu gün işğaldan azad edilmiş digər ərazilər kimi Laçın rayonu da bərpa edilməkdədir”, – deyən R.Vəlibəyov əlavə edib ki, Laçın rayonu inkişafının yeni mərhələsini yaşayır: “Laçın rayonunda 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Eləcə də, Prezident İlham Əliyevin Sərəncamına əsasən uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu inşa edilir. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bütün bunlarla yanaşı Laçın rayonunda heyvandarlığın inkişafı üçün artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri göndərilib, yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Bir sözlə, “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bütün başqa rayonlar kimi Laçın rayonu da bərpa olunacaq. Laçınlıların birinci qrupu isə öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda biləcəklər”.

Oxşar Xəbərlər

Back to top button