AnalitikaGündəmİdman

Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə etdiyi çıxışda Azərbaycanın idman sahəsində əldə etdiyi böyük uğurlardan xüsusilə bəhs edib. Ölkəmizin idmançıları 2024-cü il ərzində 1700-ə yaxın medal qazanaraq, Azərbaycanın beynəlxalq arenada öz gücünü bir daha göstərdiyini qeyd edib. Bu nəticələr idmanımızın sürətlə inkişaf etdiyini, yeni nəsil idmançıların yetişdiyini və Azərbaycanın idman dövləti kimi öz mövqeyini möhkəmləndirdiyini sübut edir.

Azərbaycanda idmanın zəngin tarixi var. Ulu öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində gənc idmançıların yaşayış səviyyəsi və təlim-məşq şəraiti ildən-ilə yaxşılaşdırılmışdır. Xatırlatmaq lazımdır ki, 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə Cənab İlham Əliyev kimi bacarıqlı təşkilatçının seçilməsi dövlətin idman və gənclər siyasətinin yeni şəraitdə gerçəkləşdirilməsi üçün geniş imkanlar açmışdır.

2024-cü ilin idman yekunlarına həsr olunan görüşdə dövlət başçısı ölkə idmançılarının uğurlarından danışaraq əldə edilmiş uğurlar münasibətilə onları təbrik edib. Ölkə rəhbəri bildirib ki,  2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil ediblər, yarışlarda 1700-ə yaxın medal qazanılıb. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. İdmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu qeyd edən dövlətimizin başçısı deyib ki, xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır.

Son 21 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyev idmançılarla mütəmadi görüşü bir daha idmananın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button