Analitika

Böyük zəfərə aparan yol

30 ildir düşmən tapdağı altında qalan həsrətini çəkdiyimiz torpaqlarımız uğurunda mənfur qonşularımızın təxribatından sonra səbr kəsasını daşıran son damla oldu və beləliklə 27 Sentyabr 2020-ci il  tarixində irimiqyaslı əməliyyatlar başladı. İllərdir  cənab ali baş komandanın əmrini gözləyən igid Azərbaycan oğulları nəhayət öz istəklərinə çataraq döyüşə şücaətlə atıldılar.

Ulu öndər Heydər Əliyev müharibədən yenicə çıxmış demək olar ki, sıfırdan qurulan bir dövləti dirçəldərək müstəqil Azərbaycanın möhkəm təməlini qoydu. Günü gündən inkişaf edən Azərbaycan regionda söz sahibi olmağa başladı. Uzaqgörən siyasətin düzgün atılmış addımları həm siyasi, həm hərbi, həm də digər ölkə əhəmiyyətli məsələlərdə müsbət nəticələr verməyə başladı.

Heydər Əliyev idealarının laiqli davamçısı ali baş komandan İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən etibarən ümümmilli liderin idealarını laiqincə davam etdirərək ölkəninin  inkişafına yönəlik addımlar atmağa başladı. Verdiyi düzgün qərarlarla, uğurlu diplomatiya ilə günü-gündən inkişaf edən Azərbaycan siyasi arenada paralel olaraq hərbi cəhətdən gücləndi.

Bütün bu illər ərzində müxtəlif kürsülərdən səsləndirilən esassız bəyanatların ATƏT-in minsk qrupu adı altında verilən vədlərin və uzun müddətli danışıqların Qarabağ mövzusu gəldikdə bu məsələnin ancaq danışıq yolu ilə həllinin olmasına, heç zaman müharibənin olmayacağına bizi inandırmaq hətda bizə bununla bağlı öhtəlik götürməli olduğumuz bildirilirdi. Biz isə hər dəfəsində danışıqların müsbət həllinin tapılmayacağı halda, müharibənin qaçılmaz olduğunu həm ifadə edir, həm də buna hər cəhətdən hazırlaşırdıq.

Ölkəmizə yönəlik bütün neqativ addımlar yaxşı düşünülmüş manevrlərlə dəf edilirdi. Hərbi cəhətdən  güclənməyimiz bir sıra ölkələrin ən əsas düşmənlə müttəfiq olan ölkələrin Azərbaycana qarşı sanksiyalar tələbini gündəmə gətirirdi. Bütün bunlara baxmayaraq İlham Əliyevin qətiyyətli və uzaqgörən addımları bizi zəfərə aparırdı.

Bu illər ərzində düşmənin ard-arda gələn təxribatları mülki əhalimizə qarşı törədilən terror aktları hər gün günahsız insanların qətlə yetirilməsi düşmənin sonunu gətirdi.

Ali baş komandan İlham Əliyevin əmri ilə döyüşə atılan müzəffər ordumuz xalqımızla bir yumruq kimi birləşərək zəfər yolunda yeni qəhrəmanlıq səlnaməsi yazdı. Şücaətli ordumuzun apardığı hərbi əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Bütün dünya ölkələri gündəmində xalqına arxalanan döyüşçülərin bu illər ərzində vətənpərvər ruhda yetişdirilməsi barədə müxtəllif platformalarda xəbərlər dərc edildi.

İkinci Qarabağ müharibəsi başlanıldığı ilk gündən etibarən qardaş ölkə Türkiyə Cümhuriyyəti və xüsusilə Rəcəb Tayyib Ərdoğanın ölkəmizə verdiyi dəstək  dünyaya qardaşlığımızın və həmrəyliyimizin bir daha təcəssümü oldu. Həmçinin daha sonra Pakistan İslam Respublikası o cümlədən də haqq və ədalət tərəfdarı olan ölkələr tərəfindən dəstəklər gəlməyə başladı.

Rəşadətli ordumuzun xalqımızın və ali baş komandanımızın qətiyyəti nəticəsində Şuşa şəhərinin azad olunmasından sonra düşmən kapitulasiya aktını imzalamağa məcbur oldu. Və beləliklə 10 noyabr tarixində zəfərə gedən yolda qalibiyyət qazandıq. İllərdir qəlbimizdə bəslədiyimiz kin və nifrətdən bəslənən cığırlar nəhayət bizi    Zəfərə gedən yol ilə birləşdirdi.

Tağıyeva Aygün,
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində,
Qida Sənayesi Kollecinin İstehsalat təcrübə rəhbəri

Oxşar Xəbərlər

Back to top button