İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamda 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər.
Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon olmuşdur. Rayonda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s kimi sosial və mədəniyyət obyektləri fəaliyyət göstərmişdir.
Ağdamın tanınmasında “Qarabağ” FK-nın ölkəmizi UEFA Çempionlar Liqası və Avropa Liqasında layiqli təmsil etməsinin də rolu olub. Avropa mediası Ağdamı “Ruhlar şəhəri” kimi “Qarabağ” klubu sayəsində tanıyıb. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir.İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz olduğunu qabarıq şəkildə nümayiş etdirir.
2020-ci il 20 noyabr Ağdam işğaldan azad edildi. Bu tarix xalqımız üçün qürur günüdür. Ağdam rayonu hərbi əməliyyat keçirmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik və düzgün yönləndirilən siyasi bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək həmrəylik, birlik göstərərək qəddar düşməni torpağımızdan qovdu. Prezident İlham Əliyev demişdir ki, “Biz tarix yazırıq, Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Ağdam üçün yeni dövür başlayır.
Faktiki olaraq bu gün qurulan infrastruktur, çəkilən yollar, salınan ağıllı kəndlər, şəhərlər, innovativ və dinamik yükşəliş cənab Prezidentin ölkəmizin rifahı ilə bağlı nə qədər qərarlı və əzmli olduğunun sübutudur.
Azərbaycanın gücü milli birlikdədir.Milli birliyin, vətəndaş həmrəyliyinin gücü ölçüyəgəlməzdir. Belə bir birliyə, həmrəyliyə yetişmiş xalq istədiyi ümummilli hədəfə çatmağa qadirdir.Tarixə nəzər salsaq bütün qələbə və uğurların əsasında xalqın birliyinin dayandığını görürük. Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi öz torpaqlarımızın yenidən sahibiyik. Cənab Prezident İlham Əliyevin dediyi kimi “Qazandığımız Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır.”
Azərbaycan xalqına döyüş meydanında və siyasi müstəvidə bu qələbəni bəxş edən Ali Baş Kamondan Cənab İlham Əliyevə və Şanlı Azərbaycan Ordusuna eşq olsun!
Abbasova Yeganə,
YAP-ın fəalı