Analitika

Bakıda SPECA-nın Zirvə görüşü

Noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatçıları üçün Xüsusi proqram SPECA nın 25-ci il dönümünə həsr olunan Zirvə görüşü keçirilmişdir.

Samitdə proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmlər iştrak ediblər. Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxstan, Tacikistan, Qırğızstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəkləməsidir.

2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikasında həyata keçirilir, Bu il SPECA-ya sədrlik Azərbaycandan Tacikistana keçib.Növbəti 19-cu SPECA samiti gələn il Tacikistanın paytaxtı Düşənbədə keçiriləcəkdir. Bu zirvə görüşünün Bakıda keçirilməsinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arsında əməkdaşlığın hərtərəfli və dinamik sürətdə inkişafının bariz nümunəsidir. Prezident İlham Əliyev son illər ərzində Azərbaycan ilə region ölkələri arasında siyasi, iqtisadi nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsinə bir rəvac verir.

Dövlət başçısı vurğulayıb ki, SPECA-nın üzvü olan dövlətləri sıx əməkdaşlığdan məmunluq bildirib və onları ölkəmizdə görməkdən şad olduğunu açıqlayıb. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək əzminin və niyyətinin nümunəsidir. Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhvə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən əyani inkişafı əyani şəkildə göstərir deyib.

Daha sonra qonaqlar çıxışları ilə Azərbaycan Prezidentinə öz təşəkkürlərini bildirib və xoş qarşılandıqları üçün dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.

Həsənova Səbinə,
Yeni Azərbaycan Partiyasının Nizami Rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button