
2026-cı il martın 11-də Bakıda AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev iləAvropa İttifaqı Şurasının Prezidenti Antonio Costaarasında keçirilən görüş və səsləndirilən birgəbəyanatlar Azərbaycan ilə Avropa arasındamünasibətlərin inkişafında mühüm siyasi hadisə kimiqiymətləndirilir. Bu səfər təkcə diplomatik protokolxarakteri daşımırdı; eyni zamanda regionda sabitlik, enerji təhlükəsizliyi və geosiyasi əməkdaşlıqbaxımından strateji əhəmiyyət kəsb edən mühüm siyasidialoq platforması kimi diqqət çəkdi.
Bakı görüşü bir daha göstərdi ki, Azərbaycan vəAvropa strukturları arasında münasibətlər qarşılıqlıhörmət, praqmatik əməkdaşlıq və ortaq maraqlarüzərində qurulmuşdur. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, regional sabitlik və siyasi dialoqməsələləri tərəflərin gündəliyində əsas mövzulardanbiri olaraq qalır.
Azərbaycan ilə Avropa institutları arasındamünasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyəqədəm qoymuşdur. Bu münasibətlər siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regionalsabitlik kimi mühüm sahələri əhatə edir.
Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdirki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır və butərəfdaşlıq qarşılıqlı faydalı prinsiplər üzərindəqurulub. Avropa ölkələri üçün enerji təhlükəsizliyinintəmin olunmasında Azərbaycanın rolu getdikcə dahada artır. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi vəAvropaya qaz ixracının genişləndirilməsi Avropaölkələrinin enerji mənbələrinin şaxələndirilməsindəmühüm rol oynayır.
Eyni zamanda, Azərbaycan Avropa ilə Asiya arasındayerləşən mühüm geostrateji mövqeyi sayəsindəbeynəlxalq nəqliyyat və logistika sistemində vacibhalqaya çevrilmişdir. Bu baxımdan Orta Dəhlizlayihəsi Avropa ilə Asiya arasında yeni ticarət vəiqtisadi əlaqələrin inkişafına təkan verir.
Bu proseslər Azərbaycanın regionda yalnız enerjitəchizatçısı deyil, həm də strateji iqtisadi və siyasitərəfdaş kimi mövqeyini gücləndirir.
Cənab Prezident İlham Əliyev Bakı görüşü zamanıvurğulamışdır ki, Azərbaycan ilə Avropa strukturlarıarasında münasibətlər hazırda fəal tərəfdaşlıqmərhələsindədir. Bu tərəfdaşlıq yalnız dövlət başçılarısəviyyəsində dialoqla məhdudlaşmır, eyni zamandahökumətlərarası komissiyalar, parlamentlərarasıəməkdaşlıq, iqtisadi forumlar və müxtəlif beynəlxalqplatformalar vasitəsilə davam etdirilir.
Bu gün Azərbaycan ilə Avropa arasında əməkdaşlıqaşağıdakı istiqamətlərdə aktiv şəkildə inkişaf edir. Enerji və enerji təhlükəsizliyi, nəqliyyat, logistikainfrastrukturu, rəqəmsal iqtisadiyyat, innovasiya, təhsil elmi əməkdaşlıq, humanitar və mədəni əlaqələr.
Bu sahələr üzrə həyata keçirilən layihələr Azərbaycanilə Avropa arasında əlaqələrin daha dərin və çoxşaxəlixarakter aldığını göstərir. Tərəflər qarşılıqlı maraqlarəsasında əməkdaşlığı genişləndirməklə həm iqtisadiinkişafı, həm də siyasi dialoqu gücləndirməyəçalışırlar.
Bakı görüşündə müzakirə olunan əsas mövzulardanbiri də Cənubi Qafqaz regionunda davamlı sülhüntəmin olunması məsələsi idi. Cənab Prezident İlhamƏliyev çıxışında qeyd etmişdir ki, əgər tərəflər siyasiiradə nümayiş etdirər və sülhə sadiq qalsalar, bu, dövlətlər və xalqlar arasında barışığın ən mühümgöstəricisi olacaqdır.
Bu yanaşma regionda uzunmüddətli sabitliyin vəinkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyətkəsb edir. Sülh və əməkdaşlıq mühiti yeni iqtisadilayihələrin həyata keçirilməsi, kommunikasiyaxətlərinin açılması və regional inteqrasiyanıngüclənməsi üçün geniş imkanlar yaradır.
Avropa tərəfi də regionda sabitliyin və dialoqun təşviqedilməsinin vacibliyini vurğulayaraq, Cənubi Qafqazdadavamlı sülhün bərqərar olunmasına dəstəkgöstərdiyini bildirmişdir.
Bakı görüşünün ən mühüm nəticələrindən biri cənabPrezident İlham Əliyev və Avropa İttifaqı ŞurasınınPrezidenti Antonio Koştanın birgə mətbuat bəyanatıoldu. Bu bəyanat tərəflər arasında əməkdaşlığıngələcək istiqamətlərini müəyyən edən mühüm siyasimesaj kimi qiymətləndirilir.
Birgə bəyanatda aşağıdakı əsas məsələlər xüsusivurğulanmışdır: Azərbaycan ilə Avropa arasında siyasidialoqun genişləndirilməsi, Enerji sahəsində stratejitərəfdaşlığın möhkəmləndirilməsi, Nəqliyyat vəlogistika layihələrinin inkişafı, Regional təhlükəsizlikvə sabitliyin təşviqi, Yeni iqtisadi və texnolojiəməkdaşlıq imkanlarının araşdırılması.
Bu bəyanat tərəflərin qarşılıqlı hörmət, suverenlik vəbeynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlığıdavam etdirmək niyyətini bir daha təsdiqlədi.
2026-cı il martın 11-də Bakıda keçirilən görüşAzərbaycan ilə Avropa strukturları arasındamünasibətlərin yeni mərhələyə qədəm qoyduğununümayiş etdirdi. Cənab Prezident İlham Əliyev vəAntonio Koşta arasında aparılan danışıqlar tərəflərinəməkdaşlığı genişləndirmək və regional sabitliyə töhfəvermək niyyətini açıq şəkildə ortaya qoydu.
Bu görüş göstərdi ki, Azərbaycan regionda etibarlıtərəfdaş və mühüm geosiyasi aktor kimi Avropa üçünstrateji əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və siyasi dialoq sahələrindəəməkdaşlığın genişləndirilməsi isə gələcəkdəAzərbaycan-Avropa münasibətlərinin daha damöhkəmlənəcəyini göstərir.
Əgər tərəflər qarşılıqlı etimad, siyasi iradə və sülhəsadiqlik prinsiplərinə əsaslanan siyasəti davametdirərlərsə, bu əməkdaşlıq təkcə Azərbaycan iləAvropa arasında deyil, bütövlükdə regionda sabitlik vəinkişaf üçün mühüm töhfə verəcəkdir.
Nicat İsmayılov,
YAP Yasamal rayon təşkilatının fəalı



