AnalitikaGündəmSiyasət

Azərbaycanın Suverenliyi Daimidir və Əbədidir

Azərbaycan Respublikasının suverenliyi daimidir, əbədidir. Xalqımız yüz illər ərzində erməni vandalizminin,  erməni vəhşiliklərinin qurbanı olmuş, lakin heç bir zaman bu zülmə baş əyməmişdir. Torpaqlarımızda “Qondarma rejim” yaradan erməni rəhbərləri özləri də yaxşı bilirdilər ki, bu rejim ömür boyu dəvam etməyəcəkdir. Axı özləri də bunu bilirdilər ki, bu torpaqlar onların tarixi torpaqları deyil, müvəqqəti olaraq sahib olmuşdular. Bir gün bu torpaqlar öz sahibinə Azərbaycana qayıdacaqdır. O gün isə çox yaxın idi. Birinci Qarabağ müharibəsindəki Azərbaycan dövləti artıq onların qarşısında yox idi. Bu dəfə güclü Ali Baş Komandan, rəşadətli ordu, sarsılmaz xalq düşməninin qarşısında idi.

Azərbaycan Respublikası 1991-ci il 18 oktyabr tarixində öz müstəqilliyini bərpa etmişdir, lakin ərazimizin suverenliyi təhlükə altında idi. Həmin ərəfədə Dağlıq Qarabağ və ona bitişik 7 rayon erməni vəhşiliklərinin şahidi olmuş və həmin ərazidə yaşayan soydaşlarımız müharibənin qurbanlarına çevrilmişdir.

Dağlıq Qarabağ ərazisinə daxil olan Xocavənd, Xankəndi, Hadrut, Şuşa,  Ağdərə və Əsgəran ərazilərində SSRİ tərəfindən 1923-ci il 7 iyul tarixində orada yaşayan ermənilərə muxtariyyət verilmişdir. Axı SSRİ qurulan zaman bura daxil olan xalqları “xalqlar dostluğu” adı altında birləşdirilmişdir. Azərbaycan SSR ərazisində xüsusən Dağlıq Qarabağ hissəsində ermənilər xeyli əvvəl məskunlaşdırılmış və onlara həmin ərazilərdə özünüidarə sistemi olan muxtariyyət verilmişdir. Tarixi isə 1923-ci il 7 iyul deyə qeyd edilir.

Fəqət biz azərbaycanlılar öz ata-baba yurdumuz olan Qərbi Azərbaycan torpaqlarında o zamankı Ermənistan SSR ərazisində yaşamaqda idik. Amma biz azərbaycanlılara qarşı Qərbi Azərbaycan torpaqları olan Ermənistan SSR-də özünüidarə sistemi olan muxtariyyət verilmədi. Tam əksi olaraq azərbaycanlılar öz ata-baba yurdu olan Qərbi Azərbaycan torpaqlarından zorla deportasiya edildilər. 1948-1953-ci illər və 1988-1991-ci illər Qərbi Azərbaycan ərazisində yaşayan soydaşlarımız iki dəfə deportasiyaya məruz qaldılar.

Artıq demək olar ki, Azərbaycanın ərazi bütövlüyü elə buradaca pozulmuşdur. SSRİ rəhbərliyi tərəfindən Dağlıq Qarabağda yaşayan ermənilərə 1923-ci il 7 iyul tarixində verilən muxtariyyət “Qarabağ problemi”nin əsasını qoydu. Bu isə ərazi suverenliyimizin, bütövlüyümüzün pozulması demək idi.

1988-ci il Ermənistan SSR artıq Azərbaycana qarşı ərazi iddiaları ilə ilk dəfə açıq şəkildə çıxış etməyə başladı. Onlar Qarabağ ərazisinə iddia etməklə bu ərazinin onların qədim torpaqları olması iddiası ilə çıxış etdilər. Bu isə müharibənin başlanmasının ayaq səsləri idi.

Artıq Birinci Qarabağ müharibəsi başlamışdır. Tarix 1991-ci il dekabr ayını göstərdikdə SSRİ üçün bu son idi.Beləliklə SSRİ-nin dağılması ilə “xalqlar dostluğu” adlandırdığı xalqlar arasinda xüsusən Ermənistan və Azərbaycan arasında  “Qarabağ problemi” hərbi münaqişəyə çevrildi. 1991-ci il hərbi əməliyyatların başladığı il hesab olunur.

Azərbaycan Respublikası 1991-ci il 18 oktyabr öz müstəqilliyini yenidən bərpa etmişdir. Lakin qarşıda ərazi bütövlüyümüzün bərpası dururdu. Ermənistan ilə aparılan Birinci Qarabağ müharibəsi o zamankı rəhbərliyin diqqətsizliyi və hakimiyyət uğrunda aparılan mübarizə nəticəsində ölkəmizin məğlubiyyətinə gətirib çıxardı. Amma bu son deyildi.

Ulu Öndərimiz Heydər Əliyev 1993-ci il 15 iyun tarixində Müstəqil Azərbaycanın artıq rəhbəri kimi Bakıya gəldi. Həmin gün Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi tarixə düşdü.

Ulu Öndərimiz Heydər Əliyevin qarşıda duran ilk vəzifəsi aparılan müharibəni yekunlaşdırması oldu. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan və Ermənistan arasında 1994-cü il 8 may tarixində Bişkek protokolu imzalandı. Beləliklə Azərbaycan və Ermənistan cəbhə xəttində atəşkəs elan olundu.

Ulu Öndərin rəhbərliyi ilə demək olar ki,  Azərbaycan Respublikası öz gücünü yenidən bərpa etməyə qadir oldu. Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində biz artıq hərb meydanında tək deyildik. İqtisadiyyatımız isə əvvəlkindən qat-qat güclü idi.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu məhz Azərbaycan Respublikasını,  vətəninin hər bir qarış torpağını yadlardan, düşmənlərdən qorumaq və xalqına sədaqətlə xidmət etmək idi. O, bunu artıq bacarmışdı. Ulu Öndərimizin 2003-cü il 12 dekabr tarixində vəfat xəbəri bütün xalqı yasa boğmuşdu. Amma xalq inamını itirməmişdi. Bizim növbəti prezidentimiz 2003-cü il oktyabr ayında keçirilən prezident seçkiləri ilə seçilmişdi. O,  Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Heydər oğlu Əliyev idi. Bu ad Azərbaycan tarixində qızıl hərflərlə yazılacaqdı. Axı qarşıda bizi torpaqlarımızın suverenliyi gözləyirdi. Birinci Qarabağ müharibəsindən fərqli olaraq artıq güclü bir Azərbaycan Respublikası var idi. Ermənistanın 1988-ci ildə başlatdığı Birinci Qarabağ müharibəsi 1994-cü ildə yekunlaşmış və torpaqlarımızın 20%-i işğal edilmiş, lakin Azərbaycan ordusu bu torpaqları cəmi 44 gün içərisində öz sahibinə qaytarmışdır.

Birinci Qarabağ müharibəsindən sonra ən şiddətli hərbi əməliyyatlar ilk dəfə 2016-cı il aprel ayında baş verdi. Belə ki, aprel ayının 1-dən 2-nə keçən gecə başlayan hərbi əməliyyatlar aprelin 5-də yekunlaşmışdır. Tarixə isə bu hadisələr Aprel döyüşləri ilə yazılmışdır. Bu döyüşlər qarşıdan gələn Böyük Zəfərin ilk qaranquşu hesab edilir. Aprel döyüşləri nəticəsində iki min hektar ərazi düşməndən azad edilmiş, bir sıra ərazilərə Azərbaycan bayrağı sancilmişdır.

Ermənistan rəhbərliyi artıq məyus içində idi. Axı onlar elə fikirləşirdilər ki,  Azərbaycan ordusu və rəhbərliyi 90-cı illərdəki kimi məsuliyyətsiz və zəifdir. Fəqət Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyev, güclü xalq və rəşadətli ordu birliyi öz sözünü dörd günlük Aprel döyüşlərində artıq demiş oldu. Bu düşmən üçün hələ başlanğıc idi. Qarşıda Böyük Zəfərin ayaq səsləri gəlirdi.

2020-ci il 12-23 iyul tarixində baş verən Tovuz döyüşləri isə artıq xalqı Ali Baş Komandanın ətrafında daha sıx birləşdirmişdir. Xalq özü könüllü şəkildə cəbhəyə yollanmaq istəyirdi. Ərazimizin suverenliyi üçün xalq artıq səfərbər olmuşdu.

Tarix 2020-ci il 27 sentyabrı göstərdikdə isə Ali Baş Komandan İlham Əliyevin əmri ilə rəşadətli ordumuz öz sözünü artıq dünyaya deməyə başlamışdı. Bu Böyük Zəfərin başlaması idi.

İkinci Qarabağ müharibəsi artıq başlamışdı. Biz bu müharibəyə bütün ümidlərimizi bağlamışdıq. Axı biz xalq olaraq bu dəfə güclü rəhbərin öndərliyi ilə ərazimizin suverenliyi üçün savaşırdıq. Bizə aid olan torpaqlar üçün qanımız canımız bahasına vuruşurduq. Heç bir ölkə bu müharibə üçün Ermənistan tərəfinə güclü dəstək verə bilməzdi. O torpaqların sahibi biz, azərbaycanlılar idi. Qədim türk diyarı olan, türk torpağı olan Qarabağ torpaqları öz sahibinə cəmi 44 gün ərzində geri qayıtdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin yeritdiyi güclü siyasət nəticəsində düşmən artıq hərb meydanında tək qalmışdı. Azərbaycan isə əksinə dünya ölkələrindən gələn ard-arda dəstək mesajları ilə meydanda öz sözünü artıq demiş vəziyyətdə idi. Bu dəfə son idi. Artıq düşmən torpaqlarımızdan daimi əl çəkməli oldu.

2020-ci il 10 noyabr tarixində imzalanan Üçtərəfli Birgə Bəyanat ilə tarixi torpaqlarımız öz sahibinə geri qayıtdı.

Cənab Prezident ata vəsiyyətini artıq yerinə yetirmişdi. Ulu Öndər Heydər Əliyevin vəsiyyəti artıq yerinə yetmişdi. Prezidentimiz İlham Əliyev cənabları bu şanlı zəfər xəbərini Qarabağın incisi, göz bəbəyi olan Şuşanın alınması günü bizlərə Şəhidlər Xiyabanından vermiş oldu.

Xalq hərşeyi artıq yaxşı dərk etmişdi. Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq şəklində birləşən xalq, bundan sonra da rəhbərimiz və öndərimizi daim dəstəkləyəcəkdi.

2023-cü il 19-20 sentyabr tarixində baş verən 1 günlük antiterror əməliyyatları ilə artıq biz ərazi suverenliyimizi Ali Baş Komandanın rəhbərliyi ilə bərpa etmiş olduq.

Antiterror əməliyyatı ilə rəşadətli ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran üzərində Azərbaycanımızın üçrəngli bayrağını dalğalandırmağa nail oldu.

Beləliklə 20 sentyabr 2023-cü il Azərbaycan tarixinə Suverenliyimizin Bərpası Günü kimi daxil oldu.

Bu əməliyyatın başlanmasına səbəb isə artıq bildiyimiz kimi Azərbaycan Respublikası 2020ci il 27 sentyabr-10 noyabr tarixində öz torpaqlarını düşməndən azad etmişdir. Lakin erməni rəhbərliyi həmin bölgədəki qeyri-qanuni silahlı birləşmələrini orada saxlamaqda idi. Digər tərəfdən Ermənistan rəhbərliyi Qarabağdakı qanunsuz xunta rejiminə siyasi və maliyyə dəstəyini devam etdirirdi.

Üçtərəfli Birgə Bəyanat ilə rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə Ermənistanın qeyri-qanuni yollarla silah, əsgər və texnika göndərməsi faktı artıq ordumuz tərəfindən təsdiqlənmişdir.

Azərbaycan Respublikası suveren dövlət kimi öz ərazisində onun üçün təhlükə olan qanunsuz hərbi birləşmələrin mövcudluğu ilə barışa bilməzdi.

2023-cü il 19-20 sentyabr arası 1 günlük antiterror əməliyyatı ilə Xankəndi şəhərindəki qanunsuz xunta rejimi ağ bayraq qaldıraraq təslim oldular.

Biz artıq demək olar ki, keçmiş postsovet ölkələri arasında öz suverenliyimizi bərpa edən ilk ölkə olaraq tarixə düşdük.

Tarix yenidən türkün gücünü görmüş oldu.

Bu Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin yeritdiyi uğurlu siyasətin nəticəsi idi.

İşğaldan azad edilən ərazilərdə səfərdə olan Prezident İlham Əliyev xüsusən Füzuli şəhərində olarkən oranın necə dağıdıldığı, hətda azad edilən zaman bayrağımızın sancılması üçün bir bina belə olmadığının şahidi olmuşdu.

Ağdam şəhəri isə “Qafqazın Hirosiması”  adlanmışdır. Bu şəhər demək olar ki, tamamilə dağılmış vəziyyətdə idi.

Düşmən öz torpağı adlandırdığı Qarabağı görün necə vəziyyətə salmışdı. Bu isə erməni vandalizminin bariz nümunəsi idi.  Deməli ona aid olmayan torpaqlar məhz bu günə qəsdən salınmış və beləliklə öz vəhşiliklərini dünyaya bir daha sübut etmişlər.

Qarabağ isə öz sahibinə artıq qayıtmışdı. İndi isə bizi qarşıda dağılan gözəl Qarabağımızı yenidən mədəniyyət mərkəzi etmək, yenidən dünyanın cənnət diyarı etmək gözləyir. Bunu isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə biz yenidən bacaracağımıza əminik.

Günel Hacıyeva,
Bilgəh qəsəbəsi, 142 nömrəli məktəbin tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button