AnalitikaGündəmSiyasət

Azərbaycanın geosiyasi mövqeyi və diplomatik uğurları ölkənin beynəlxalq nüfuzunun artmasına şərait yaradır

Qlobal Bakı Forumu 12-ci ildir ki, keçirilir. Burada müxtəlif ölkələrədən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər. Bu gün Azərbaycan qlobal müzakirə platformasına çevrilərək beynəlxalq siyasət, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və humanitar məsələlər üzrə mühüm forumlar keçirildiyi mərkəzlərdən biri olub. Ölkənin geosiyasi mövqeyi diplomatik uğurları və təşəbbüsləri bu prosesdə həlledici rol oynayıb. Əlbəttə ki, ölkəmizin  belə möhtərəm tədbirlərə ev sahibliyi etməsi onun günbəgün artan beynəlxalq nüfuzunun sübutudur. Azərbaycanın bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi, qlobal müzakirələrdə fəal iştirakına və bəşəri problemlərin həllinə töhfə  verməsinə şərait yaradır.

Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini və fikirlərini bölüşəcəklər. Dövlət başçısı müsahibədə beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli olmadığını da qeyd etdi. Dövlət başçısının müsahibədə səsləndirdiyi və dünyada cəryan edən geosiyas, geoiqtisadi proseslərə baxışını əks etdirən cümlələrdən aydın olur ki, Azərbaycan kimi hər bir ölkə öz gücünə, imkanlarına belə bağlamalıdır. Beynəlxalq yardıma və hüquqa arxalanmaq olmaz, bu hər bir ölkə üçün risklidir. Azərbaycan hər zaman öz gücünə güvənən ölkə olub. Müstəqillik illərində Azərbaycan beynəlxalq səviyyədə ikili standartlara məruz qaldı. Problemlərin həllində müvafiq beynəlxalq təşkilatlardan hər hansı bir yetərli dəstək almadıq. Ölkəmiz beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı oldu. Amma milli maraqlarımız məsələsində Azərbaycan heç kəsə və ya heç bir təsisata arxalanmadı. Təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir.

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki,onilliklər ərzində Cənubi qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Biz növbəti qarşıdurmanın qarşısını almaq üçün sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.

Hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir. Sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə – Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”.

Prezident İlham Əliyevin çıxışında bildirir ki, geosiyasi dəyişiklik yenicə başlayıb və biz bu dəyişikliyin ilk aylarını yaşayırıq. Çıxışa nəzər yetirsək o, baş verənlərlə bağlı nikbin əhvali-ruhiyyədədir.

Şəbnəm Rəhimova,
Bakıxanov qəsəbəsi,  96 nömrəli tam orta məktəbin kimya müəllimi

Oxşar Xəbərlər

Back to top button