Azərbaycanın anti-terror tədbirləri zamanı qarşıya qoyulan məqsədlərə nail oldu
Azərbaycanın anti-terror tədbirləri zamanı qarşıya qoyulan məqsədlərə nail oldu. Qarabağ bölgəsində olan qeyri-qanuni erməni silahlı ünsürlərinin uzun müddətdir Azərbaycan ordusuna və hüquq mühafizə orqanları əməkdaşlarına qarşı davam edən silahlı hücumları və təxribatları anti-terror əməliyyatı başlatmağa məcbur etdi. Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən 19 sentyabr 2023-ci ildə həyata keçirilən mina terroruna cavab olaraq, Azərbaycan tərəfi dərhal lazımi addımlar atdı, düşmən layiqincə cəzalandırıldı. Lokal xarakterli anti-terror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Anti-terror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Uğurlu anti-terror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosessi başlanıldı, o cümlədən rəsmi Bakının şərtlərini qəbul edib təslim olmağa razı oldu. Azərbaycan qısamüddətli anti-terror tədbirlərindən sonra öz ərazilərində suveren hüquqlarını bərpa etdi. Həyata keçirilən anti-terror tədbirləri qarşıya qoyulan məqsədlərə nail oldu. Əgər Ermənistan Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsəydi, bu sülh yolu ilə çoxdan əldə oluna bilərdi. Bunun baş verməməsində günahkar yalnız Ermənistandır. Ermənistanın Azərbaycanın suveren ərazisində davam etdirdiyi qeyri-qanuni hərbi mövcudluğu Qarabağ bölgəsinin etnik erməni sakinlərinin reinteqrasiyası səylərinə ən ciddi maneə olaraq qalmaqda idi. Azərbaycan Respublikası dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. Prezident İlham Əliyev xalqa müraciətində də qeyd etdiyi kimi Qarabağda erməniəsilli vətəndaşlar Azərbaycan Konstitusiyasına uyğun reinteqrasiya olunacaq və onların bütün hüquqları tənim ediləcək. Qarabağın azad olunması üçün apardığımız əməliyyatlar regionda geosiyasi vəziyyəti dəyişdi. Uğurlu anti-terror tədbiri İrəvanla Bakı arasında tez bir zamanda sülh sazişinin imzalanmasına geniş imkanlar açır. Artıq İrəvanla Bakı arasında sülh sazişi imzalamaq üçün ən ciddi maneələr aradan qalxıb və yaxın zamanda sülh sazişi imzalamaq mümkündür. Sülhün imzalanması Ermənistanla yanaşı, regionun digər ölkələrinin də marağına cavab verir. Bu regionun stabil inkişafına ciddi təkan verəcək.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi