AnalitikaGündəmSiyasət

Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Dövlət başçısı hadisə barədə məlumat aldıqdan dərhal sonra Sankt-Peterburqdan Bakıya qayıdıb və operativ müşavirə keçirib. Onun tapşırığı ilə Dövlət Komissiyası yaradılıb və müvafiq qurumların nümayəndələri hadisə yerinə ezam olunub.

Prezident İlham Əliyev müsahibəsində təyyarənin Rusiya ərazisində xarici müdaxiləyə məruz qalaraq idarəetməni itirdiyini və nəticədə qəzaya uğradığını bildirib. O, təyyarənin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını və bunun təyyarəyə yetirilən ilk zərər olduğunu qeyd edib.

Dekabrın 29-da Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qazaxıstanda Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərən ekipaj üzvlərinin təltif edilməsi onların cəsarətini yüksək qiymətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Həlak olan ekipaj üzvlərinin Prezident cənab İlham Əliyev tərəfindən təltif edilməsi bir daha hər birimizi qürurlandırdı və dövlətimizin hər zaman öz vətəndaşının yanında olduğunu dünyaya bir daha bəyan etmiş oldu.

Ən əsas reallıq isə ondan ibarətdir ki, bu gün ölkə Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Eyni zamanda uğurlarımıza yol açan məqamlardan biri də ölkəmizdə sabitliyin hökm sürməsidir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Bu sabitliyi və əminamanlığı isə heç bir bədnam qüvvə poza bilməz.

Belə bir diplomatik səriştə, meyarlarına sadiqlik bu gün Cənab İlham Əliyevin varislik haqqına tapınaraq ehtiva etdiyi ən böyük dəyər olmaqla yanaşı bügünkü uğurlarımızın genetik kodlarını daşıyan amillərdir. Gündən günə yeniləşən, Qərbdən Şərqə gedən yolların qovşağında hər gün daha da çox mərkəz, görüş, ünsiyyət məkanı rolunu oynayan, bəşəriyyətin taleyini düşünən ictimai-siyasi, tarixi-mədəni, qlobal, milli və multikultural ideyaların, ideologiyaların, müzakirə və tədbirlərin əsl sınaq meydanına çevrilən Azərbaycanın obrazı İlham Əliyevin müdrik zəkasında həm də milli mənafenin, ölkə süverenliyi və maraqlarının hər şeydən uca tutulmasının qayəyə çevrilməsi ilə yeni status və nüfuz qazanır.

Vəfa Əliyeva,
18 saylı uşaq poliklinikasının baş həkimi

Oxşar Xəbərlər

Back to top button