AnalitikaGündəmSiyasət

Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli əlaqələrin inkişafı üçün daha da fəal iş aparılacaq

Azərbaycan Respublikası və Şimali Makedoniya Respublikası arasında diplomatik münasibətlər 1995-ci ildən yaranmışdır. Şimali Makedoniya 25 iyun 1995- ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Dövlət başçıları və Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri baş tutur. Bu görüşlər ölkələr arasında siyasi əlaqələrin inkişafına da təsir göstərir. Enerji sahəsində də iki ölkə arasında əməkdaşlığa başlanılmışdır. Artıq keçən ilin sonlarından Azərbaycan qazı Şimali Makedoniyanın bazarına çatdırılmışdır. Gələcəkdə qaz təchizatını lazım olan həcmdə artırmaq da nəzərdə tutulub.

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşü zamanı deyib ki, xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər. Azərbaycan Respublikası və Şimali Makedoniya Respublikası arasında ikitərəfli əlaqələrin inkişafı üçün daha da fəal iş aparılacaq. Bu rəsmi səfərdən sonra əlaqələr daha da inkişaf edəcəkdir.

Leyla Nəcəfli,
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Oxşar Xəbərlər

Back to top button