Azərbaycan və Gürcüstan arasında tarixi köklərə dayanan əlaqələr son illərdə daha da dərinləşərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu əlaqələrin inkişafı hər iki ölkənin milli maraqları ilə yanaşı, regional və qlobal miqyasda da mühüm təsirə malikdir. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri çərçivəsində etdiyi çıxışlar bu münasibətlərin yüksək səviyyəsini və inkişafının önəmli istiqamətlərini bir daha göz önünə sərmişdir.
Azərbaycan və Gürcüstan arasında siyasi əlaqələr çox güclü bir əsasa dayanır. Hər iki ölkənin rəhbərləri arasındakı qarşılıqlı etimad və davamlı dialoq, iki dövlətin gələcəkdəki əməkdaşlığının əsasını təşkil edir. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri zamanı etdiyi bəyanatlar bu əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addımların atılacağını göstərir.
Təhsil sahəsində iki dövlət arasındakı münasibətlər özəlliklə son illər artan təqaüd proqramları və öyrənci mübadiləsi vasitəsilə yeni imkanlar yaradır. Hər iki dövlət universitetləri arasında elmi araşdırmalar və birgə konfranslar ətrafında Ərtəqə münasibətlər yaradılır.
Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlıq modeli regionda müsbət nümunədir. Tarixi, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr regionun ümumi rifahı üçün vacibdir. Geosiyasi önəmə malik bu iki qonşu dövlət dostluq köprüsünü gücləndirərək gələcəyə daha ümidli baxır.
Azərbaycan və Gürcüstan xalqları arasında mədəni-humanitar əlaqələr tarixi köklərə əsaslanır. Parlamentlərarası əlaqələr və birgə hökumətlərarası komissiyalar bu sahələrdə də sıx əməkdaşlığı təmin edir. İki ölkənin xalqları arasında olan dostluq və qardaşlıq münasibətləri mədəni əməkdaşlığı daha da gücləndirir. Qeyd olunmalıdır ki, Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə strateji tərəfdaşlıq səviyyəsindədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, iki ölkə arasında əməkdaşlıq regionda və qlobal səviyyədə əhəmiyyətli rol oynayır. Qarşılıqlı inam və əməkdaşlıq prinsipləri əsasında qurulan bu münasibətlər gələcəkdə daha da dərinləşəcək və genişlənəcək.
Həsənova Səbinə,
YAP-ın fəalı