
Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında strateji dialoqun başlanması ilə yadda qaldı. Səfər çərçivəsində Federal Kansler Fridrix Merts ilə imzalanmış sənədlər, xüsusən də ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə əlaqələri tamamilə yeni səviyyəyə qaldıracaqdır.
İkitərəfli gündəliyin genişlənməsi fonunda iqtisadi əlaqələrin inkişafı da xüsusi diqqət mərkəzindədir. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair imzalanmış Birgə Bəyannamə əməkdaşlığın daha da fəal şəkildə aparılmasına və yaxşı nəticələr hasil edilməsinə möhkəm zəmin yaradır.
Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniya Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Bu baxımdan Azərbaycan-Almaniya münasibətlərinin inkişafı təkcə ikitərəfli əlaqələrə deyil, bütövlükdə regionumuzda sülhə, əməkdaşlığa və əmin-amanlığa öz dəyərli töhfəsini verəcəkdir.
Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı



