Analitika

Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir

Azərbaycan-Türkiyə münasibətləri tarixi köklərə malikdir. Təsadüdi deyildir ki, Azərbaycan Respublikası 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini bərpa etdikdən sonra müstıqilliyimizi ilk tanıyan dövlət də məhz Türkiyə Respublikasıdır. Ermənistanın tarixi Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranmış münaqişədə qardaş ölkə Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, ölkələrimiz arasında beynəlxalq müstəvidə qarşılıqlı dəstək ənənəsini davam etdirir. Son otuz ildə iki ölkə arasında bir çox sahələrdə əlaqələr genişlənmişdir. Əlaqələrimizin dinamik şəkildə inkişafının nümunəsi kimi Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, torpaqlarımız işğaldan azad olunduqdan sonra Şuşa bəyannaməsinin bağlanmasını,həmçinin ölkə başçılarının qarşılıqlı rəsmi səfərlərini misal göstərmək olar.

25 sebtyabr 2023-cü ildə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasında rəsmi səfərdə olub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hər iki ölkənin dövlət bayraqları dalğalanan meydanda fəxri qarovul dəstəsinin müşayiəti ilə qarşılanıb. Dövlət başçılarının təkbətək görüşü olub, daha sonra onlar Iğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak edib və Azərbaycan-Türkiyə sənədlərini imzalayıblar. Sənədlərin imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti və Türkiyə Respublikasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər. Çıxışı zamanı Cənab Prezident bir neçə gün əvvəl həyata keçirilən antiterror tədbirlərindən bəhs edib və həmçinin Azərbaycan Respublikasının öz suverenliyini tam təmin etdiyini qeyd edib.

Ölkələrimiz arasındakı əlaqələrin inkişaf səviyyəsi regional tərəqqiyə də müsbət təsir göstərir. Tarixi dostluq,qardaşlıq münasibətləri,yüksək səviyyəli əməkdaşlıq. əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.

Abbasova Zərxanım,
YAP-n fəalı

Oxşar Xəbərlər

Back to top button