İdman

Azərbaycan taekvondoçuları Avropa birinciliyində tarixi nailiyyət əldə ediblər

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi başa çatıb. Yarışın sonuncu günündə Azərbaycan millisi aktivinə daha 2 qızıl, 1 gümüş və 1 bürünc medal əlavə edib.

www.aktualinfo.az/icxeberinfo AZƏRTAC-a istinadən verilən məlumata görə, yığma üzvü İlyas Hətəmli yarışda mübarizəyə Ouen Haddadla (Fransa) başlayıb. 37 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan taekvondoçumuz dörddəbir finalda serbiyalı Pavle Svetkoviçə də heç bir şans verməyib. Yarımfinalda Konstantinos Tsaqkournosu (Yunanıstan) da məğlub edən Hətəmli finalda Viktor Videla (İspaniya) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş təmsilçimizin qələbəsi ilə başa çatıb. Bütün rəqiblərinə qalib gələn idmançı çempion tituluna yiyələnib.

Onun uğurunu Vasif Səlimov (53 kiloqram) da təkrarlayıb. O, Svyatoslav Moskovtsev (Estoniya), Stanislav Mitkov (Bolqarıstan), Nolhan Rosemont (Fransa) və Nüsrət Efe Çakıra (Türkiyə) qalib gələrək finala yüksəlib. Səlimov həlledici görüşdə də dayanqdan qalib ayrılıb. Finalda Qabriel Rosato (İtaliya) üzərində qələbə qazanan milli üzvü qızıl medala yiyələnib.

Elcan Əliyev (65 kiloqram) Bilgin Abdullah (Almaniya), Dimos Pistolas (Yunanıstan) və Nikola Vitkovici (Serbiya) məğlub edib. O, finalda Ahmet Ceylanla (Türkiyə) qarşılaşıb. Rəqib üstün olduğundan Əliyev gümüş medala layiq görülüb.

Millimizə digər mükafatı Fuad Məhərləmli qazandırıb. 45 çəkidə döyüşən idmançı debütdə Batu Özkanı (Almaniya) yarışdan kənarlaşdırıb. O, dörddəbir finalda Artyom Roskaya (Moldova) da gücünü göstərib. Həmyerlimiz yarımfinalda Kristos Bakaleksiklə (Yunanıstan) qarşılaşıb. Görüş rəqibin xeyrinə bitib və Məhərrəmli yarışı bürünc medalla başa vurub.

Beləliklə, yığmamız Avropa birinciliyini 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Bu göstərici Azərbaycan taekvondo tarixində son 15 ilin rekordudur.

Milli 8 medalla həm oğlanların, həm də ümumu komanda hesabında qitənin 3-cüsü olub. Yığmanın heyətində daha öncə Zəhra İsayeva (29 kiloqram) qızıl, Xuraman Cavadzadə (37 kiloqram) gümüş, Mehdi Budaqlı (33 kiloqram) və Bahadur Dostuyev (49 kiloqram) bürünc medal qazanıblar.

Qeyd edək ki, komandamız noyabrın 30-da Bakıya qayıdacaq.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button