AnalitikaGündəmSiyasət

Azərbaycan son illərdə tariximizdəki ən böyük yüksəliş dövrünü yaşayır

Son 15 ildə Azərbaycan özünün tarixində görünməmiş böyük inkişaf mərhələsinə qədəm qoyub. Yeni inkişaf erasının başlıca istiqamətləri respublikamızın bütün mövcud potensialdan səmərəli istifadə etməklə regiondakı mövqeyini əhəmiyyətli şəkildə dəyişdirib və möhkəmləndirib. İndi ölkəmizin sürətli iqtisadi inkişafı sosial sferada çoxşaxəli islahatlar aparmağa, dünya təcrübəsindən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər əhalinin sosial müdafiəsini gücləndirmək üçün də möhkəm zəmin yaradıb.

Məhz son 15-20 ildə həyata keçirilmiş iqtisadi islahatlar ölkəmizin ardıcıl şəkildə baş verən qlobal böhranlar qarşısında dayanıqlığını təmin etdi.2020ci ildəki pandemiya dövründə isə müəyyən bir müddət iqtisadiyyatın bəzi sahələrində iş dayandı, iqtisadi aktivlik azaldı, lakin vaxtında formalaşdırılmış iqtisadi maliyyə bazası ciddi problem yaranmasına imkan vermədi. Həm də bir çox ölkələrdə olduğu kimi iqtisadi tənəzzül baş vermədi, əksinə, iqtisadi inkişaf davam etdi. İqtisadi inkişafa stimul verən proseslərdən ən əsası, həyata keçirilən düzgün islahatların nəticəsidir. Ölkə iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında qurulub. Özəl sektorun inkişafı da məhz bunun nəticəsində inkişaf edir. Nəticədə, özəl sektorun payı ümumi daxili məhsulda getdikcə artır.

Həm dövlət büdcəsində, həm də ixracda qeyri-neft sektorunun, eləcə də özəl sektorun payı da getdikcə artır. Nəzərə alsaq ki son illərdə qlobal böhranlar və pandemiya fonunda neftin qiyməti kəskin ucuzlaşmışdı, buna baxmayaraq iqtisadiyyatımız axsamadı, qeyri-neft sektorundakı artım itkilərin yerini kompensasiya edə bildi.Hazırkı şəraitdə neftin dünya qiymətinin normal həddə – 70 dollar ətrafında stabilləşməsi nəticəsində büdcədə nəzərdə tutulandan artıq valyuta ehtiyatlarının respublikamıza daxil olması fonunda ölkəmizin maliyyə imklanlarını artırır, Neft Fondunun gəlirlərini çoxaldır və sosial layihələrə ayrılan vəsaitlərin həcmini yüksəldir.

Dayanıqlı iqtisadi artımın təmin olunmasına dəstək verən siyasətin dərinləşdirilməsi, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin yüksəlməsi, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşması inkişaf strategiyasının ən başlıca istiqamətlərindəndir. Bir sözlə, ölkənin bütün bölgələrində, kənd və qəsəbələrdə bu məqsədlərin reallaşması nəticəsində tamamilə yeni mənzərə yaranıb. İlham Əliyev iti zəkası, vaxtında lazımi və zəruri tədbirlər görmək bacarığı özləmizə beynəlxalq arenada öz nüfuzunu artıraraq böyük rəğbət qazandırmışdır. Qeyd olunanlar bir daha göstərir ki, Prezident İlham Əliyevin dövlətçilik strategiyası Azərbaycanı yeni uğurlara və yeni zirvələrə daşıyır.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button