Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
ƏsasXəbər xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm”.