
Bakıda, şəhərin ən müasir və gözəl yerlərindən biri olan Ağ Şəhər ərazisində “Özbəkistan Parkı” adlı yeni və möhtəşəm bir park inşa olunacaq. Bu park həm istirahət, həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək və Bakı sakinləri üçün çox maraqlı bir yer olacaq. Yeni park Ağ Şəhər adlı ərazidə salınacaq. Bura Bakının yeni salınan və sürətlə inkişaf edən bir hissəsidir. Geniş yolları, müasir binaları və gözəl dəniz mənzərəsi ilə seçilir. Yəni, park şəhərin ən gözəl və baxımlı yerində yerləşəcək. Özbəkistan Parkı təkcə ağac və gəzinti yollarından ibarət olmayacaq. Burada müxtəlif maraqlı obyektlər planlaşdırılıb: Muzey və kinoteatr – insanlar burada həm tarixlə tanış olacaq, həm də film izləyə biləcəklər. Amfiteatr – açıq havada konsert və tədbirlərin keçirilməsi üçün. Milli restoranlar və kafelər – Özbək mətbəxinə məxsus yeməklər təqdimolunacaq. Ticarət zonası və suvenir mağazaları – ziyarətçilər alış-veriş edə biləcəklər. Zoopark və istirahət guşələri – uşaqlar üçün maraqlı olacaq. Müşahidə qülləsi – buradan Bakının gözəl mənzərəsini izləmək mümkün olacaq. Mehmanxana kompleksi – ölkə daxilindən və xaricdən gələn qonaqlar üçün. Bu park Azərbaycan və Özbəkistan arasındakı dostluq və qardaşlıq əlaqələrini simvolizə edir. Layihə Özbəkistan hökuməti ilə birlikdə hazırlanıb. Hətta parkın təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev şəxsən iştirak ediblər.
Parkın daxilindəki binaların bəziləri Buxara, Səmərqənd və Xivə kimi qədim Özbək şəhərlərinin memarlıq üslubunda tikiləcək. Bu, parka xüsusi gözəllik və fərqlilik qatacaq. Hal-hazırda tikinti işlərinə başlanılıb. Rəsmilərin sözlərinə görə, park yaxın bir neçə il ərzində tamamlanaraq ictimaiyyətin istifadəsinə veriləcək. Açılışdan sonra burada müxtəlif mədəni tədbirlər, sərgilər və festivallar keçiriləcək. Azərbaycan-Özbəkistan münasibətləri daha da möhkəmlənir. Şəhər sakinləri üçün həm mədəni, həm də əyləncəli bir yer olacaq. Digər ölkələrdən gələn turistlər də buranı ziyarət etmək istəyəcəklər. “Özbəkistan Parkı” Bakı üçün təkcə bir park deyil, həm də dostluğun və mədəniyyətin təcəssümüdür. İnsanlar burada istirahət edəcək, yeni şeylər öyrənəcək və müxtəlif tədbirlərdə iştirak edəcəklər. Bu park həm Bakının gözəlliyini artıracaq, həm də paytaxtın mədəni həyatına yeni bir nəfəs gətirəcək.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi