AnalitikaGündəmOrdu

Azərbaycan Ordusu – Qəhrəmanlıq və Qələbə Salnaməsi

26 iyunAzərbaycan Respublikasının Silahlı QüvvələriGünü xalqımızın şanlı hərb tarixinin, dövlətçilik ənənələrinin milli qürurunun təcəssümüdür. Bu əlamətdar günAzərbaycan əsgərinin qəhrəmanlığını, zabitlərimizinfədakarlığını, dövlətimizin hərbi qüdrətini xalq-ordubirliyinin sarsılmazlığını ifadə edir. Silahlı Qüvvələr Günüyalnız peşə bayramı deyil, həm Azərbaycan dövlətininmüstəqilliyinin, ərazi bütövlüyünün suverenliyininqorunmasında müstəsna xidmətləri olan AzərbaycanOrdusuna ümumxalq ehtiramının ifadəsidir.

Azərbaycan xalqı tarix boyu zəngin hərbi ənənələrə malik olmuş, öz torpaqlarını dövlətçiliyini qorumaq uğrundasaysız-hesabsız qəhrəmanlıq nümunələri yaratmışdır. Babəkdən Cavanşirə, Şah İsmayıl Xətaidən AzərbaycanXalq Cümhuriyyəti ordusunun əsgər zabitlərinə qədəruzanan şərəfli döyüş yolu xalqımızın milli yaddaşında xüsusiyer tutur. Məhz bu tarixi ənənələr müasir AzərbaycanOrdusunun formalaşmasının mənəvi ideoloji əsaslarınıtəşkil edir.

1918-ci il mayın 28-də müstəqilliyini elan edənAzərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğunun əsasistiqamətlərindən biri kimi milli ordunun yaradılmasınımüəyyən etmişdir. 1918-ci il iyunun 26-da qəbul edilmişqərarla Əlahiddə Azərbaycan Korpusu yaradılmış bununla da milli ordumuzun əsası qoyulmuşdur. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan XalqCümhuriyyəti milli hərbi quruculuq sahəsində mühümnailiyyətlər əldə etmiş, peşəkar zabit korpusununformalaşdırılması istiqamətində ciddi addımlar atmışdır. Bu səbəbdən 26 iyun tarixi müasir Azərbaycan dövlətindəSilahlı Qüvvələr Günü kimi qeyd edilir.

Sovet hakimiyyəti illərində Azərbaycan xalqının müstəqilordu quruculuğu imkanları məhdudlaşdırılsa da, xalqımızınhərbi ruhu vətənpərvərlik ənənələri qorunubsaxlanılmışdır. Azərbaycanlı hərbçilər İkinci Dünyamüharibəsində digər dövrlərdə böyük qəhrəmanlıqlargöstərərək xalqımızın döyüşkən ruhunu nümayiş etdirmişlər.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonraAzərbaycan Respublikası yeni geosiyasi reallıqlarla cidditəhlükələrlə üzləşdi. Ermənistanın hərbi təcavüzünəticəsində torpaqlarımızın işğal olunması, ölkədə hökmsürən siyasi qeyri-sabitlik hərbi idarəetmədə mövcudproblemlər ordunun formalaşdırılması prosesiniçətinləşdirirdi. Lakin Azərbaycan xalqının iradəsi dövlətçilik maraqları güclü ordunun yaradılmasını tarixizərurətə çevirmişdi.

Azərbaycan Ordusunun müasir əsaslar üzərindəformalaşması inkişafı Ümummilli Lider Heydər Əliyevinadı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasihakimiyyətə qayıdan Ulu Öndər qısa müddətdə ölkədəictimai-siyasi sabitliyi təmin etdi, dövlətçiliyin əsaslarınımöhkəmləndirdi ordu quruculuğunu prioritet dövlətsiyasətinə çevirdi. Məhz onun rəhbərliyi ilə nizami orduquruculuğu istiqamətində fundamental islahatlar həyatakeçirildi, vahid komandanlıq sistemi yaradıldı, hərbihissələrin döyüş hazırlığı gücləndirildi hərbi intizammöhkəmləndirildi.

1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra AzərbaycanOrdusunun inkişafı üçün əlverişli şərait yarandı. Sonrakıillərdə hərbi təhsil sisteminin təkmilləşdirilməsi, müasir silah texnikanın alınması, beynəlxalq hərbi əməkdaşlığıngenişləndirilməsi şəxsi heyətin peşəkarlığının artırılmasıistiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə AzərbaycanOrdusunun inkişafı keyfiyyətcə yeni mərhələyə qədəmqoydu. Dövlət başçısının rəhbərliyi altında müdafiə sənayesikompleksi yaradıldı, hərbi büdcə dəfələrlə artırıldı, ənmüasir texnologiyalar silah sistemləri ordunun arsenalınadaxil edildi. Müasir pilotsuz uçuş aparatları, raket sistemləri, elektron müharibə vasitələri digər yüksək texnologiyalıhərbi vasitələr Azərbaycan Ordusunun imkanlarınıəhəmiyyətli dərəcədə artırdı.

Azərbaycan xalqının ən böyük qürur mənbələrindən biriolan 44 günlük Vətən müharibəsi müasir tariximizin ən şanlısəhifəsidir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbətihərbi təxribatlarına cavab olaraq başlayan əks-hücuməməliyyatları nəticəsində Azərbaycan Ordusu cəmi 44 günərzində dünyanın aparıcı hərbi ekspertlərini heyrətləndirənmöhtəşəm qələbə qazandı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altındaAzərbaycan Ordusu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlışəhərlərini yüzlərlə kəndi işğaldan azad etdi. Müharibənin zirvə nöqtəsi isə Şuşa şəhərinin azad olunmasıoldu. Azərbaycan hərbçilərinin misilsiz qəhrəmanlığı, peşəkarlığı vətən sevgisi nəticəsində Şuşa şəhəridüşməndən təmizləndi bu tarixi uğur Ermənistanınkapitulyasiya aktını imzalamasını şərtləndirdi.

Vətən müharibəsində əldə edilmiş qələbə yalnız hərbizəfər deyil, həm tarixi ədalətin bərpası idi. Azərbaycanxalqı 30 ilə yaxın davam edən işğala son qoydu, BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayanqətnamələrinin tələblərini öz gücü hesabına yerinə yetirdi beynəlxalq hüququn aliliyini təmin etdi.

44 günlük müharibə dövründə bütün dünyada genişyayılan Azərbaycan xalqının iradəsini ifadə edənDəmirYumruqifadəsi milli həmrəyliyin qələbə əzmininsimvoluna çevrildi. “Dəmir Yumruqyalnız hərbi gücü deyil, dövlətin, xalqın ordunun bir məqsəd ətrafında sıxbirləşməsini ifadə edirdi. Bu birlik düşmənin bütün planlarınıalt-üst etdi Azərbaycanın tarixi Zəfərini təmin etdi.

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunudaha da artırdı, regionda yeni geosiyasi reallıqlar yaratdı ölkəmizin lider dövlət kimi mövqeyini möhkəmləndirdi. Müharibədən sonra işğaldan azad edilmiş ərazilərdəgenişmiqyaslı bərpa yenidənqurma işlərinə başlanıldı, “Böyük Qayıdışproqramı həyata keçirilməyə başladı.

2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterliantiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasınınsuverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi. Qısamüddətdə yüksək peşəkarlıqla həyata keçirilənəməliyyatlar Azərbaycan Ordusunun döyüş hazırlığının, texnoloji üstünlüyünün peşəkar idarəetmə sistemininnövbəti parlaq nümunəsi oldu. Bununla da Azərbaycan özdövlət suverenliyini konstitusiya quruluşunu bütünərazilərində tam şəkildə təmin etdi.

Bu gün Azərbaycan Ordusu ölkəmizin müstəqilliyinin, təhlükəsizliyinin davamlı inkişafının əsas təminatçısıdır. Ordumuzun döyüş qabiliyyətinin daha da artırılması, yenitexnologiyaların tətbiqi hərbi potensialın gücləndirilməsiistiqamətində işlər uğurla davam etdirilir. Azərbaycan əsgəribu gün təkcə dövlət sərhədlərimizin keşiyində dayanmır, həm xalqımızın qürurunu, milli ləyaqətini dövlətimizingələcəyini qoruyur.

Silahlı Qüvvələr Günü münasibətilə AzərbaycanOrdusunun bütün şəxsi heyətini, hərbi qulluqçularını, veteranları ehtiyatda olan zabitləri ürəkdən təbrik edir, Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizinəziz xatirəsini dərin ehtiramla yad edirik. Onlarınqəhrəmanlığı fədakarlığı sayəsində Azərbaycan bu günqalib, güclü suveren dövlətdir.

Qoy Azərbaycan əsgərinin gücü, Azərbaycan zabitininqətiyyəti Azərbaycan xalqının birliyi daim sarsılmazolsun.

 Çinarə Nəbiyeva
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə
ərazi partiya təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button