Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə ölkəmizin idman sahasında əldə etdiyi uğurları və gələcəkdəki hədəfləri ilə bağlı dəyərli fikirlərini bölüşüb. O, bu il ərzində müxtəlif beynəlxalq yarışlarda nümayiş olunan yüksək nəticələrə toxunaraq, Azərbaycanın idman sahəsindəki mövqeyinin daha da gücləndiyini vurğulayıb.
Ölkəmizin idmançılarının beynəlxalq arenada qazandıqları medallar və əldə etdikləri nailiyyətlər, dövlətin idman siyasətinin düzgün istiqamət götürdüyünün və bu sahəyə olan dəstəyin təzahürü olaraq qiymətləndirilib. Prezident bildirib ki, Azərbaycan artıq dünya səhnəsində özünü tanıdan və rəqabətə davamlı idman ölkəsinə çevrilib. Bununla yanaşı, idmançıların təkcə yüksək nəticələr əldə etməsi deyil, eyni zamanda sağlam həyat tərzinin təbliği, gənclərin idmanla məşğul olmasına maraq yaradılması istiqamətində atılan addımlar da əhəmiyyətli addımlar olaraq qiymətləndirilib.
Prezident İlham Əliyev, həmçinin, idman infrastrukturu sahəsində həyata keçirilən layihələrdən də danışıb. Onun sözlərinə görə, son illərdə ölkəmizdə idman obyektlərinin tikintisi və yenidən qurulması, beynəlxalq tədbirlərin keçirilməsi üçün müasir standartlara cavab verən şəraitin yaradılması ön plandadır. Bu, təkcə idmançılar üçün deyil, bütün vətəndaşlar üçün imkanlar yaradır, həmçinin ölkəyə idman turizmini təşviq edir.
Dövlət başçısı, ölkəmizin idman sahəsindəki uğurlarının daha da möhkəmləndirilməsi və gələcəkdə daha böyük hədəflərin reallaşdırılması üçün gənclərin, xüsusilə də uşaqların idmanla məşğul olmalarının təşviq olunmasının vacibliyini qeyd edib. O, gənclərin idmana cəlb olunması ilə bağlı müxtəlif təhsil müəssisələrində xüsusi proqramların tətbiq edilməsinin zəruriliyini vurğulayıb və idmanın təhsil sistemindəki yerinin gücləndirilməsi məqsədilə bir sıra təşəbbüslər irəli sürüb.
Prezident İlham Əliyev çıxışında, həmçinin idmançıların və məşqçilərin dövlət tərəfindən dəstəkləndiyini, onların şəraitinin daha da yaxşılaşdırılması üçün davamlı tədbirlərin görüldüyünü qeyd edib. Dövlətin idman sahəsində göstərdiyi dəstək, həmçinin idmançıların beynəlxalq səviyyədə daha yaxşı nəticələr göstərməsinə və ölkəmizin adını daha da ucaldılmasına imkan verir.
Nəticə etibarilə, Prezidentin çıxışı 2024-cü ilin idman yekunlarını təhlil edərək, Azərbaycanın idman sahəsindəki inkişafını və qarşıda duran məqsədləri aydın şəkildə göstərmiş oldu. Bu növ tədbirlər, eyni zamanda, həm ölkə daxilində idman mədəniyyətinin daha da inkişafına, həm də Azərbaycanı beynəlxalq aləmdə daha da tanıtdırmağa xidmət edir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı