AnalitikaGündəmİqtisadiyyatSiyasət

Azərbaycan enerji diplomatiyasının, qlobal əməkdaşlığın və yaşıl keçidin lideridir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edərək COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etmişdir2024-cü ilin noyabrında Bakı şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Tərəflər Konfransı (COP29), Azərbaycanın enerji siyasətində və beynəlxalq nüfuzunda mühüm dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həm neft-qaz potensialını qoruyaraq, həm də yaşıl enerji keçidini təşviq edərək balanslı bir yanaşma nümayiş etdirdi.

Azərbaycan enerji diplomatiyasının, qlobal əməkdaşlığın və yaşıl keçidin lideridir. Bu günün reallığında  Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir.  Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır. Maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq. Bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Sürətlə dəyişən dünyanın əsas tələbləri olan insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırırıq.  Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı. Dövlətimiz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa edib. Xüsusilə qeyd etməliyik ki , açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Ötənilki statistikaya əsasən  biz səkkiz ölkəyə təbii qaz ixrac edirdiksə, bu gün artıq  həmin ölkələrin sayı 12-yə çatıb. Təbii ki, biz bu istiqamətdə fəaliyyətimizi daha məhsuldar etmək üçün çalışacağıq.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də enerji diplomatiyasının, qlobal əməkdaşlığın və yaşıl keçidin lideridir. Enerji resurslarının ağıllı idarə olunması və dayanıqlı inkişaf strategiyası sayəsində ölkəmiz geosiyasi önəmini qorumaqla yanaşı, bəşəriyyətin gələcəyinə də mühüm töhfələr verir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button