
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin aprelin 21-də Çin XalqRespublikasının aparıcı media orqanı olanSinxua agentliyinə verdiyi geniş müsahibə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bumüsahibə yalnız ikitərəfli münasibətlərincari vəziyyətini deyil, həm də gələcəkstrateji əməkdaşlıq üçün açılan yeni üfüqlərinümayiş etdirir.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Çin arasında formalaşmışsiyasi dialoqun yüksək səviyyəsini, iqtisadiəməkdaşlığın genişlənməkdə olan dinamikasını və ümumilikdə ikitərəfliəlaqələrin strateji xarakter daşıdığını vurğuladı. Xüsusilə “Birkəmər, bir yol” təşəbbüsünə Azərbaycanın verdiyi dəstəkvə bu təşəbbüs çərçivəsində həyatakeçirilən layihələrin regional əməkdaşlığatöhfəsi müsahibədə əsas vurğunöqtələrindən biri idi.
Azərbaycanın tranzit–logistikaimkanlarınınartırılması, Zəngəzur dəhlizikimi qlobal əhəmiyyətli layihələrinperspektivləri və ölkəmizin Çinin Avrasiya məkanına çıxışında oynadığı körpü rolu ölkə rəhbərinin çıxışında əhatəli şəkildə izaholundu. Bu, təkcə iqtisadi fayda baxımındandeyil, həm də siyasi etimadın göstəricisi kimiqiymətləndirilə bilər. Qloballaşan dünyadaregional təhlükəsizlik və çoxtərəfliəməkdaşlıq kontekstində Azərbaycan-Çin tərəfdaşlığı mühüm strateji əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin müsahibəsində toxunduğu əsas məsələlərdən biri də regional sabitlik və təhlükəsizlik idi. Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasəti, xüsusilə ərazi bütövlüyünün bərpasından sonraregionda sülh və əməkdaşlıq gündəliyinintəşviqi, Çin kimi böyük dövlətlər tərəfindəntəqdir olunur. Prezident açıq şəkildə bildirdiki, Azərbaycan bölgədə sabitliyin əsas təminatçılarından biridir və bu missiyanı uğurla davametdirir.
Çin ilə diplomatik münasibətlərinqurulmasının 30 illiyi ərəfəsində verilən bumüsahibə, ölkələrimiz arasında səmimidostluq və strateji tərəfdaşlıq münasibətlərinin dərinliyini bir dahanümayiş etdirdi. Azərbaycan-Çin əlaqələritəkcə ikitərəfli çərçivə ilə məhdudlaşmır – bu əməkdaşlıq eyni zamanda BMT, ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda da davam etdirilir. Prezidentİlham Əliyev Azərbaycanın Çinlə çoxşaxəliəməkdaşlığın tərəfdarı olduğunu və buistiqamətdə siyasi iradənin tammövcudluğunu diqqətə çatdırdı.
Azərbaycanın yürütdüyü xarici siyasət kursuhərzaman milli maraqlar, balanslaşdırılmışyanaşma və suverenlik prinsipinə əsaslanır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan heç bir hərbi–siyasiblokaqoşulmadan, bütün tərəfdaşlarla bərabər hüquqlu əməkdaşlıq aparmaq prinsipinə sadiqdir. Çinlə münasibətlər də bu prinsipinparlaq nümunəsidir. Siyasi müstəvidə qarşılıqlı dəstək – xüsusilə “VahidÇin” siyasətinə Azərbaycanın dəyişməz dəstəyivə əvəzində Çinin də Azərbaycanın ərazibütövlüyünə hörmət göstərməsi – buetimadın əsasını təşkil edir. Bu baxımdanÇinlə münasibətlər yalnız iqtisadi maraqlarla məhdudlaşmır, həm də siyasi sabitlik, beynəlxalq hüquq və multilateralizmprinsiplərinə əsaslanan yeni əməkdaşlıqmodelinə çevrilməkdədir. Prezident İlham Əliyevin müsahibəsi bu tendensiyanıntəsdiqi oldu.
Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi müsahibə Azərbaycan-Çinmünasibətlərinin strateji xarakterini bir dahanümayiş etdirdi. Bu müsahibə iki ölkə arasında qarşılıqlı etimada, bərabər hüquqlutərəfdaşlığa və ortaq maraqlara əsaslananəlaqələrin möhkəm təməl üzərində inkişaf etdiyini təsdiqlədi. Azərbaycanıntəşəbbüskarı olduğu enerji, nəqliyyat və logistika layihələrinin Çin tərəfindəndəstəklənməsi, qarşılıqlı investisiyaların təşviqi və siyasi səviyyədə aparılan dialoq, bu münasibətlərin gələcək perspektivlərininnə qədər geniş olduğunu göstərir.
Azərbaycan Prezidentinin müsahibəsi həmdə ölkəmizin xarici siyasətində yenigeosiyasi reallıqlara uyğun çevik və praqmatik yanaşmanı əks etdirir. Çin kimiqlobal gücün diqqətində olan Azərbaycan, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyinvə əməkdaşlığın əsas dayağı kimi çıxış edir. Bu isə onu göstərir ki, Prezident İlhamƏliyevin rəhbərliyi ilə Azərbaycan yalnızregional deyil, qlobal səviyyədə də mühümvə etibarlı tərəfdaş kimi çıxış etməkdədir.
Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri