AnalitikaGündəmSiyasət

Azərbaycan bütün dünyada həqiqətləri öz sözünü açıq aydın söyləmək gücünə malik bir dövlətdir

2024-cü il dekabrın 25-i tarixində Azərbaycan xalqı  daha bir faciə ilə sarsıldı. Belə ki,  Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhərində sərt eniş nəticəsində qəzaya uğrayaraq 3 ekipaj üzvü və   xeyli  sayda sərnişin itkisinə səbəb oldu. Lakin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin səriştəli ekipaj heyəti üzvlərinin, xüsusilə pilotların son ana qədər göstərdikləri məğrur mücadiləsi nəticəsində təyyarə sərnişin heyətinin  təxminən yarısının isə həyatı xilas edilmişdir. Azərbaycan bütün dünyada həqiqətləri, öz sözünü açıq aydın söyləmək gücünə malik bir dövlətdir.

Ölkə daxilində baş vermiş hər bir hadisəyə həssaslıqla yanaşan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev baş vermiş təyyarə qəzasını xalqımız üçün faciə adlandırmışdır. Dövlətimizin başçısı  baş vermiş təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirəsində bu fikirləri söyləmişdir. “Təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyirəm. Ailələrinə, yaxınlarına səbr diləyirəm, başsağlığı verirəm. Bu böyük  faciədir, Azərbaycan xalqına böyük faciə üz vermişdir”.

Məhz həmin tarixdə Rusiya Federasiyasına MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburq şəhərinə səfərə yola düşmüş Prezident İlham Əliyev hətta hava məkanında olan zaman bu hadisə ilə  bağlı məlumat aldığı  andan etibarən səfərini təxirə salır və geri dönüş üçün tapşırıq verir. Cənab Prezident, Heydər Əliyev adına Beynəlxalq Hava Limanındaca  hadisə ilə bağlı öz xalqına, həyatını itirmiş təyyarə sərnişinlərinin ailə üzvlərinə  başsağlığı vermiş, dərhal məsələ ilə bağlı araşdırmaları tələb edərək, zəruri tapşırıqlar əsasında müvafiq orqanları, həkim briqadalarını, məsul nümayəndə heyətini Aktau şəhərinə ezam etmişdir.

Ekipaj üzvlərinin son ana qədər  göstərdiyi mücadilə, əzmkarlıq, vəzifə borclarını yerinə yetirərək sərnişinləri təlimatlandıraraq, hətta onlara müsbət emosional təsir göstərməyə çalışmaq cəhdləri Cənab Prezidentimiz İlham Əliyevin diqqətindən kənarda qalmayıb, ekipaj üzvlərinin son ana qədər sərnişinləri qəza vəziyyətindən xilas etmək məqsədilə göstərdikləri qəhrəmanlıq Prezidentimiz tərəfindən yüksək səviyyədə dəyərləndirilmişdir və qısa müddət ərzində bu hadisə ilə bağlı Sərəncam imzalamışdır. Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğramasının nəticəsində xalqımızın yaşadığı faciə ilə bağlı Cənab Prezidentimiz İlham Əliyev tərəfindən   atılan bütün addımlar, təşkil olunmuş müşavirələr, imzalanmış sənədlər, görülən tədbirlərin hər biri ölkə başçımızın xalqımıza olan sevgisi, diqqəti və qayğısının, daima xalqına dayaq olmasının aydın təzahürüdür.

Xalqımızın mənəvi cəhətdən sarsıldığı bu günlər ərzində Prezidentimiz tərəfindən hadisələrin mütəşəkkil şəkildə  təhlil olunması, emosional çıxışlar, maddi və mənəvi dəstəyin nümayiş edilməsi qürurvericidir və böyük təsəllidir. Bütün bu amillər göstərir ki, biz hər birimiz Azərbaycan vətəndaşı olaraq  həm xoş günümüzdə, həm dar günümüzdə bir yumruq kimi dövlət başçımızın ətrafında birləşməli, onun əmrlərinə tabe olmalı, strategiyasına uyğun şəkildə fəaliyyət göstərməliyik. Təyyarə qəzası qurbanlarını ehtiramla anırıq. Qəzadan xilas olmuş həmyerlilərimizə isə Allahdan şəfa diləyirik.

Zərifə Cəfərova,
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən 

Oxşar Xəbərlər

Back to top button