AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı yeni perspektivlər açır

Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirib. Bu gün Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər quraraq siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığını ardıcıl şəkildə genişləndirir.

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirdiyi görüşlər münasibətlərin yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Tərəflər arasında aparılan müzakirələr göstərir ki, əməkdaşlıq artıq təkcə enerji sektoru ilə məhdudlaşmır. Ticarət, nəqliyyat, yaşıl enerji, rəqəmsal inkişaf və regional təhlükəsizlik də prioritet istiqamətlər sırasında yer alır.

Azərbaycan Avropanın etibarlı tərəfdaşı kimi üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirir. Xüsusilə enerji resurslarının fasiləsiz və təhlükəsiz şəkildə Avropa bazarına çatdırılması ölkəmizə olan etimadı daha da artırıb. Bununla yanaşı, yaşıl enerji layihələrinin həyata keçirilməsi gələcək əməkdaşlığın daha da genişlənəcəyini göstərir.

Ölkəmizin əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayır. Bu amil Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə və tranzit potensialının artmasına mühüm töhfə verir.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün etibarlı tərəfdaş, güclü dövlət və regionun aparıcı ölkəsi kimi tanınır. Avropa İttifaqı ilə münasibətlərin inkişafı həm ölkəmizin milli maraqlarına, həm də regional sabitlik və rifahın möhkəmlənməsinə xidmət edir.

Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button