
Prezident İlham Əliyevin sərəncamına əsasən hər il 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi qeyd olunur. Bu tarix Azərbaycanın dövlətçilik yolunda mühüm mərhələdir.
2023-cü ilin 19–20 sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində separatçı rejim ləğv olundu, Ermənistan silahlı qüvvələrinin qalıqları ərazimizdən çıxarıldı. Bununla ölkənin suverenliyi və konstitusiya quruluşu tam bərpa edildi.
Bu gün azad edilmiş şəhərlərimizdə genişmiqyaslı quruculuq işləri aparılır, Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu torpaqlar Azərbaycanın müasir dirçəlişinin rəmzinə çevrilir.
Həsənova Səbinə
YAP-ın fəalı