Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və qəbul edib. Beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı oldu. Beləliklə, biz 2023-cü ilin dekabrında, COP29-a ev sahibliyi etmək imkanını əldə edən kimi bu mövzunun mahiyyəti ilə daha dərindən məşğul olmağa başladıq. COP29-un təşkilat komitəsi Avropa Komissiyası ilə təmas qurdu və qarşı tərəfə bildirdi ki, COP iki həftə ərzində keçirilir və səfər etmək üçün kifayət qədər vaxt var. Yeri gəlmişkən, BMT-nin Baş katibi iki dəfə səfər etdi – tədbirin açılışında və bağlanışında. Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi. COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdləri uğursuz oldu. Nəticələrə gəldikdə, çoxları bunu Bakı Nailiyyəti adlandırır və mən bununla razıyam. Çünki təqribən 10 il ərzində tərəflər karbon bazarı ilə bağlı razılığa gələ bilmirdi və COP-un ilk günlərində artıq uğur əldə edildi – karbon bazarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə edildi.
Bizim İslam həmrəyliyi ilə bağlı addımlarımız, Azərbaycanda İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsi, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi. Biz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edirik. Biz bütün təşkilatlarda, əgər hansısa təşkilatda rəhbər vəzifəyə seçim keçirilirsə və orada müsəlman ölkəsinin nümayəndəsi varsa, mütləq avtomatik olaraq, o nümayəndəyə səsimizi veririk.
2022-ci iildə başlamış Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropaya Rusiyanın qaz təchizatının pozulması zamanı, Avropa Komissiyası yardım üçün Azərbaycana müraciət etdi. Sərmayə yatırmağa və müxtəlif interkonnektorlar vasitəsilə qazımızı nəql etmək imkanlarını araşdırmağa başladıq. Həmin vaxtdan etibarən qazımızı alan Avropa ölkələrinin sayı artdı. Bir sözlə, biz coğrafiyanı genişləndirdik, qaz həcmini artırdıq. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. İsrail-Fələstin məsələsində də bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz iki dövlətin yaranmasının, yəni mövcudluğunun həmişə tərəfdarı olmuşuq. Müstəqil Fələstin dövlətinin yaranması bu münaqişəyə son qoyacaq. Hesab edirəm ki, bunu hər kəs başa düşməlidir. Bildiyiniz kimi, biz uzun illər Fələstin dövlətinə öz dəstəyimizi göstəririk. Həm siyasi, həm mənəvi, həm maddi dəstək və bu, davam edir. Uzun illər Azərbaycanda Fələstinin səfirliyi fəaliyyət göstərir. Bizim də Fələstində nümayəndəliyimiz açılmışdır və əlbəttə ki, bu münaqişə nə qədər tez başa çatsa, Qəzzada atəşkəs elan edilsə, o qədər də hamı üçün yaxşı olacaq. Biz bunu arzulayırıq və həm də burada İslam liqasının fəaliyyətini əsas götürürük.
Prezident İlham Əliyevin 7 yanvar tarixli müsahibəsi həm Azərbaycanın milli maraqlarına sadiq mövqeyinin, həm də beynəlxalq siyasətdə müstəqil və prinsipial yanaşmasının bariz örnəyidir. Bu müsahibə öncəkilərdən bir sıra əsas aspektlərə görə fərqlənir və tarixi önəm daşıyır. Prezident, müsahibəsində həm fiziki qonşularımıza, həm də uzaq geosiyasi mərkəzlərə aydın və sərt ismarıclar göndərdi. Özəlliklə Ermənistanın revanşist meyllərinə, Fransanın destruktiv siyasətinə və İranın Azərbaycan əleyhinə fəaliyyətlərinə dair konkret mövqe bildirildi. Örnəyi, Prezident Tehranda səfirliyimizə qarşı törədilmiş terror aktından sonra İran tərəfindən verilmiş, lakin icra edilməmiş vədlərə toxundu. Eyni zamanda Fransa hökumətinin keçmiş qondarma rejimi tanımaq üçün göstərdiyi cəhdləri ifşa etdi və Azərbaycanın bu cür fəaliyyətlərə qətiyyətlə qarşı çıxdığını vurğuladı. Bu, Azərbaycanın xarici siyasətdəki prinsipial mövqeyini və dövlət maraqlarını müdafiə etmək əzmində olduğunu bir daha sübut edir.
Lamiyə Mikayilova,
Maştağa qəsəbəsi, 293 saylı orta məktəbin İngilis dili müəlliməsi