AnalitikaGündəmSiyasət

Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycandan qaz alması ölkənin beynəlxalq enerji siyasətinin uğurlu nəticələrindən biri kimi qiymətləndirilə bilər

2026-cı il martın 11-də Bakıda keçirilən görüşzamanı İlham Əliyev Antonio Costa (Avropa İttifaqıŞurasının Prezidenti) birgə mətbuat bəyanatı ilə çıxışedərək Azərbaycan ilə Avropa arasında enerjiəməkdaşlığının strateji əhəmiyyətini vurğuladılar. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, hazırdaAvropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbiiqaz alır. Bu bəyanat təkcə iqtisadi göstərici deyil, həm Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəartan rolunun göstəricisi kimi qiymətləndiriləbilər.Müasir beynəlxalq münasibətlər sistemində enerjiresursları dövlətlərin geosiyasi mövqeyinə ciddi təsirgöstərən əsas faktorlardan biridir. Xüsusilə son illərdəAvropada enerji təhlükəsizliyi məsələsi dahaaktuallaşıb. Enerji mənbələrinin şaxələndirilməsi alternativ təchizat marşrutlarının yaradılması Avropadövlətləri üçün strateji prioritetə çevrilmişdir. Bu kontekstdə Azərbaycan etibarlı sabit enerji tərəfdaşıkimi ön plana çıxır.Azərbaycanın Avropa enerjibazarına inteqrasiyası ilk növbədə böyük beynəlxalqenerji layihələri vasitəsilə mümkün olmuşdur. Bu layihələrin ən mühümlərindən biri Cənub Qaz Dəhlizihesab olunur. Xəzər dənizində yerləşən qazyataqlarından hasil edilən təbii qaz bu dəhliz vasitəsiləAvropa bazarına çatdırılır. Layihə yalnız iqtisadiəhəmiyyət daşımır, həm regionda enerjitəhlükəsizliyinin təmin edilməsində mühüm roloynayır. Azərbaycan qazının Avropaya çatdırılmasıAvropa ölkələrinin enerji asılılığını azaltmağa enerjimənbələrinin diversifikasiyasına töhfə verir.Prezidentİlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycanqazı ümumilikdə 16 ölkəyə ixrac olunur onların 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanınbeynəlxalq enerji bazarındakı mövqeyininmöhkəmləndiyini göstərir. Eyni zamanda bu göstəriciAzərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlıetimadın uzunmüddətli əməkdaşlığın formalaşdığınısübut edir. Enerji sektorunda qurulan bu əməkdaşlıqsiyasi iqtisadi əlaqələrin inkişafına da müsbət təsirgöstərir.Digər tərəfdən, AzərbaycanAvropa enerjiəməkdaşlığı yalnız mövcud qaz tədarükü iləməhdudlaşmır. Tərəflər gələcəkdə enerjiinfrastrukturunun genişləndirilməsi, yeni qazyataqlarının işlənməsi enerji tranzit imkanlarınınartırılması istiqamətində əməkdaşlığı davametdirməyi planlaşdırırlar. Bu isə AzərbaycanınAvropanın enerji sistemində rolunun daha da güclənəcəyini göstərir. Nəticə etibarilə, Avropaİttifaqının 10 üzv dövlətinin Azərbaycandan qaz almasıölkənin beynəlxalq enerji siyasətinin uğurlunəticələrindən biri kimi qiymətləndirilə bilər. Azərbaycan etibarlı enerji tərəfdaşı kimi Avropanınenerji təhlükəsizliyinə mühüm töhfə verir buəməkdaşlıq həm regional sabitlik, həm iqtisadiinkişaf baxımından strateji əhəmiyyət daşıyır. Gələcəkperspektivdə isə enerji sahəsində tərəfdaşlığın daha da dərinləşəcəyi gözlənilir.

Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiysı,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button