GündəmSiyasət

Assosiasiya rəhbəri: İrəvan xanlığının mətbəxi kitabında 413 yemək haqqında məlumat verilib

“İrəvan xanlığının mətbəxi” kitabı ingilis dilinə tərcümə olunub, indi isə rus dilinə çevrilməkdədir və yəqin ki digər dillərə də tərcümə ediləcək.

ƏsasXəbər “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) sədri, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimat mərasimində jurnalistlərə açıqlamasında deyib.

AMKA sədrinin sözlərinə görə, kitabda 413 yemək haqqında məlumat verilib, onların hazırlanma qaydası və tarixi qeyd olunub:

“Ermənilər hər yerdə hay-küy salırlar ki, guya biz onların abidələrini dağıtmışıq, onlara ziyan vurmuşuq. Əslində isə dağıdılmış və talan edilmiş abidələr bizə məxsusdur. Belə kitablar dağıdılmış və mənimsənilmiş maddi-mədəni irsimizin canlı sübutudur”.

T.Əmiraslanov xatırladıb ki, 2022-ci ildə Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin saytında “Milli Yeməklər” portalı yaradıldı və orada 250-yə yaxın Azərbaycan yeməyi erməni mətbəxinin nümunəsi kimi qeyd olundu:

“Ötən il oktyabrın 31-də Paşinyan həmin “mətbəx irsi”ni Ermənistanın təhlükəsizlik strategiyasının tərkib hissəsi elan etdi. Yəni bizim milli yeməklərimiz hələ də oğurlanır, mənimsənilir. Bu kitab isə belə cəhdlərə qarşı tutarlı cavabdır. Digər tərəfdən, bu kitab bizim Qərbi Azərbaycandakı varlığımızın sübutudur. Biz hazırlıq prosesində 1500-dən çox insanla görüşdük, onlardan məlumat topladıq, əldə edilən bilgiləri ümumiləşdirib bu kitabı ərsəyə gətirdik”.

Oxşar Xəbərlər

Back to top button