
Oktyabrın 15-də “K.Kazımzadə küç. 100A” ünvanı üzrə(AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ərazi partiyatəşkilatında Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ınVIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlımüşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev, Azərbaycan Respublikası Ekologiya və TəbiiSərvətlər nazirinin müavini Vüqar Kərimov, YeniAzərbaycan Partiyası İdarə Heyətinin üzvü Əfsun Sucayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiyatəşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü vəsuverenliyi uğrunda canından keçmiş şəhidlərin əzizxatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Ekologiyavə Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimoviştirakçıları salamlayaraq dövlət qurumunda keçirilən butədbirin böyük ideoloji və sosial əhəmiyyət daşıdığınıdiqqətə çatdırıb. V.Kərimov vurğulayıb ki, Yeni AzərbaycanPartiyasının VIII Qurultayı ölkəmizin dayanıqlı inkişafstrategiyasını müəyyən edən mühüm tarixi mərhələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin qurultaydakı konseptual nitqi ətraf mühitinmühafizəsi, biomüxtəlifliyin qorunması, işğaldan azadedilmiş ərazilərdə ekoloji bərpa işlərinin sürətləndirilməsivə “yaşıl artım” konsepsiyasının reallaşdırılması baxımındanmühüm vəzifələr qoyur. Nazir müavini qeyd edib ki, nazirliyin kollektivi cənab Prezidentin rəhbərliyi iləyürütülən ekoloji siyasətə hər zaman sadiqdir və bundansonra da həm ekoloji təhlükəsizliyin təmin olunması, həmdə partiya ideallarının təbliğində var gücü ilə çalışacaqdır.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ınVIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinindərin ideoloji-siyasi əhəmiyyəti, postmüharibə dövrününgətirdiyi yeni reallıqlar və ekologiya sahəsində çalışanpartiya fəallarının qarşısında duran mühüm vəzifələr barədəgeniş məruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ölkəmizin siyasi sabitliyinin, iqtisadi və sosial tərəqqisinin əsas hərəkətverici qüvvəsi olmuşdur. Ulu Öndərin zəngin dövlətçilik irsiniuzaqgörənliklə davam etdirən cənab Prezident İlhamƏliyevin rəhbərliyi ilə Azərbaycan Müzəffər Zəfərə imzaataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpaetmişdir. Qazanılan bu möhtəşəm nailiyyətlər partiyamızınyürütdüyü ardıcıl siyasi kursun və sarsılmaz xalq-iqtidarbirliyinin parlaq nümayişidir. B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər dövlət qurumlarında fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəaliyyətində keyfiyyətcə yeni mərhələ açmışdır. Müasirdünyada ekoloji təhlükəsizlik və “yaşıl iqtisadiyyat”a keçiddövlətlərin milli təhlükəsizliyinin və beynəlxalq nüfuzununvacib tərkib hissəsinə çevrilmişdir. Qarabağ və ŞərqiZəngəzurun “Yaşıl Enerji” zonasına çevrilməsi, işğaldövründə ekosidə məruz qalmış meşə və su hövzələrimizinbərpası dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi partiyatəşkilatının üzvləri elmi və praktiki potensiaı ideolojifəallıqla uzlaşdırmalı, cəmiyyətdə ekoloji mədəniyyətinyüksəldilməsinə, gənclərin ətraf mühitə qayğı ruhundatərbiyə olunmasına töhfə verməlidirlər. YAP Yasamal rayontəşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyistrateji hədəflərin reallaşdırılması və partiya ideyalarınıntəbliği istiqamətində nazirliyin partiya fəalları ilə sıxəməkdaşlığı ardıcıl olaraq davam etdirəcəkdir.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüƏfsun Sucayev partiyanın müasir inkişaf dövründəkiideoloji prinsipləri, gənclərin ekoloji və sosial layihələrdəkifəallığı və YAP-ın VIII Qurultayının tarixi əhəmiyyətibarədə məruzə edib. Ə.Sucayev vurğulayıb ki, cənabPrezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən VIII Qurultay partiyanın təşkilati və ideoloji baxımdanyenilənməsi yolunda strateji addımdır. O, mütəxəssisləri vəgənc fəalları dövlət başçısının ətraf mühitin qorunması iləbağlı çağırışlarına dəstək verməyə, informasiyamüstəvisində və ictimai fəaliyyətdə partiya sıralarında sıxbirləşməyə çağırıb.
Çıxış edən Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləriHəmkarlar İttifaqı Respublika Birliyinin sədr müaviniTelman Quliyev həmkarlar ittifaqlarının ictimai həyatdakırolundan və əməkdaşların sosial müdafiəsiningücləndirilməsindən söhbət açıb. T.Quliyev diqqətə çatdırıbki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəhəyata keçirilən sosial-iqtisadi islahatlar hər bir çalışanınrifahına xidmət edir. O, həmkarlar ittifaqı təşkilatı ilə ərazipartiya təşkilatının sıx əməkdaşlıq edərək kollektivdəyüksək işgüzar və vətənpərvər mühitin saxlanılması, eləcədə YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqların icrasıüçün fəal çalışacaqlarını bəyan edib.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himnisəsləndirilib və xatirə şəkli çəkdirilib.















