Analitika

Antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması ölkəmizin böyük uğurudur

Azərbaycan hələ Vətən müharibəsindən sonra bəyan etmişdi ki, öz ərazisində hər hansı silahlı birləşmə və ya qondarma rejim qalmamalıdır. Bu məsələ Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanatda da əksini tapmışdı. Lakin sözü ilə əməli heç zaman üst-üstə düşməyən Ermənistan yenə də öz mənfur niyyətini ortaya qoydu. Müxtəlif yollarla əraziyə əlavə hərbi vasitələr cəlb etdi, şəxsi heyətin rotasiyasını həyata keçirdi, ərazilərimizi minaladı və sair yolverilməz hərəkətlər reallaşdırdı ki, bunların hamısı ölkəmizin konstitusyon quruluşuna ziddir, dövlət suverenliyimizə təhdiddir.

Bəli, Azərbaycan özünün beynəxalq hüquqla tanınmış ərazilərində – Qarabağ bölgəsində lokal antiterror tədbirləri gerçəkləşdirdi və bu tədbirlər heç bir ölkəyə qarşı yönəlməyib. Əsas hədəf separatçılığın kökünü kəsməkdir və buna nail olunması mütləqdir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, heç bir qüvvə ölkəmizi tutduğu yoldan döndərə bilməz.

Separatçı hərbi xunta rejiminin cəmi bir gün ərzində ağ bayraq qaldırması, təslim olması həm də Silahlı Qüvvələrimizin qüdrətinin, peşəkarlığının, yüksək döyüş ruhunun əyani göstəricisidir. Bu, bir daha göstərdi ki, Prezident İlham Əliyev Vətən müharibəsindən dərhal sonra ordu quruculuğunda islahatlar aparmaqla, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusu modelinə uyğunlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərlə, yeni hərbi birliklər yaratmaqla, Ordumuzun müasir silah-sursatla təchiz olunması ilə necə müdrik qərarlar qəbul edib.

Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması ölkəmizin böyük uğurudur.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button