AnalitikaGündəm

Ağdam Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətli bölgələrindən biridir

Ağdam Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətli bölgələrindən biridir. Tarixi boyu bu diyar bir çox hadisələrin şahidi olmuş, həm qədim mədəniyyətin, həm də müasir bərpa işlərinin mərkəzi kimi tanınmışdır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının dövlət başçılarının imzaladıqları üçtərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycan tərəfinə təhvil verilib. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən noyabrın 20-si Ağdam Şəhəri Günü olaraq təsis edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin bərpası üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Ağdam şəhərinin baş planı çərçivəsində 5 məhəllənin salınması, sənaye parklarının yaradılması, sosial və infrastruktur obyektlərinin tikintisi davam edir.

Ağdam həmçinin “ağıllı şəhər” konsepsiyası çərçivəsində müasir texnologiyalarla yenidən qurulur. Azərbaycan hökuməti bu konsepsiyanı icra etmək üçün qabaqcıl yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Şəhər həm tarixi əhəmiyyətini qoruyacaq, həm də müasir texnologiyaların tətbiqi ilə gələcəyə yönəlmiş bir mərkəzə çevriləcək. Eyni zamanda, Ağdamın mədəni və turizm potensialını bərpa etmək üçün qədim abidələr və şəhərin simvolik məkanları da bərpa olunur.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button