
8 Mart – Beynəlxalq Qadınlar Günü yalnız qadınlara olan hörmətin ifadəsi deyil, həm də onların cəmiyyətdəki, siyasətdəki və iqtisadi həyatdakı rolunun qiymətləndirilməsinin rəmzidir. Azərbaycanda bu günün qeyd olunması dövlət siyasətində qadınların inkişafına göstərilən xüsusi diqqətin təzahürüdür. Qadınların həm ailə, həm də ictimai həyatdakı rolu ölkəmizdə müstəqillik və inkişaf proseslərinin ayrılmaz Azərbaycanın müasir dövlətçilik tarixində qadınların inkişafına və sosial müdafiəsinə göstərilən diqqət Ulu Öndər Heydər Əliyev ilə başlamışdır. Onun rəhbərliyi dövründə qadınların təhsili, səhiyyəsi, iş həyatı və sosial hüquqları ilə bağlı bir çox proqramlar həyata keçirilmişdir. Ulu Öndər qadınların dövlət idarəçiliyində iştirakını strateji məsələ kimi qiymətləndirmiş və bunun üçün institusional bazanı möhkəmləndirmişdir. Məsələn, qadınların müxtəlif sahələrdə – təhsil, səhiyyə, mədəniyyət, hüquq sistemi və yerli idarəetmə strukturlarında aktiv rolu həmin dövrdə dəstəklənmişdir. Bu siyasət yalnız qadınların maarifləndirilməsi ilə kifayətlənməyib, həm də onların cəmiyyətdə lider kimi yetişməsini hədəfləmişdir.
Hazırkı dövrdə Prezident İlham Əliyev rəhbərliyində qadınların ictimai və siyasi həyatda iştirakının səviyyəsi daha da artırılmışdır. Dövlət başçısı qadınların iqtisadi müstəqilliyini təmin edən, onların idarəetmədə söz sahibi olmasına imkan verən çoxsaylı proqramlar həyata keçirmişdir. Bu, həm də qadınların ölkənin strateji inkişafında rolunu möhkəmləndirir. Prezidentin təşəbbüsü ilə qadın sahibkarlığının inkişafına, yüksək vəzifələrdə qadınların təmsilçiliyinə və sosial layihələrə geniş yer ayrılmışdır.
Azərbaycanın qadın siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə sadəcə formal yox, real və davamlı təsir gücünə malikdir. Qadınların sosial statusunun yüksəldilməsi, onların təhlükəsizliyi, təhsili və peşə imkanlarının genişləndirilməsi ölkənin inkişaf strategiyasının əsas prioritetlərindəndir.
Birinci Vitse-Prezident Mehriban Əliyeva qadın hüquqlarının qorunması, sosial təşəbbüslərin təşviqi və humanitar fəaliyyət sahəsində ölkədə lider rolunu oynayır. Mehriban Əliyeva bir çox mədəniyyət, təhsil və humanitar layihələrin rəhbəri kimi qadınların ictimai və mədəni həyatda liderlik imkanlarını gücləndirir. Onun təşəbbüsləri qadınların öz potensialını reallaşdırması üçün geniş imkanlar yaradır və onları cəmiyyətin bütün sahələrində aktiv iştirak etməyə təşviq edir.
Mehriban Əliyevanın fəaliyyəti qadınların yalnız formal hüquqlara malik olmalarını deyil, həm də sosial və iqtisadi həyatın hər sahəsində real iştirakçı olmalarını təmin edir. Bu siyasət qadınların cəmiyyətdə nüfuzunun yüksəlməsinə, onların təhsil və peşə imkanlarının genişlənməsinə xidmət edir.Qadınların cəmiyyətdə rolu
Bu gün Azərbaycan qadını həm evdə, həm işdə, həm də siyasətdə nümunəvi rolu ilə diqqət çəkir. Qadınlar təhsildə, səhiyyədə, mədəniyyət və elm sahələrində uğurlar əldə edərək cəmiyyətin inkişafına əvəzsiz töhfələr verirlər. Dövlət qadınların bu rolunu dəstəkləmək üçün qanunvericilik və sosial proqramlar vasitəsilə şərait yaradır.
8 Martın qeyd olunması yalnız təntənə və bayram mərasimi deyil, həm də dövlətin qadın siyasətinə verdiyi önəmin göstəricisidir. Ulu Öndərdən başlayaraq bu günə qədər görülən işlər qadınların cəmiyyət həyatında aktiv iştirakının təmin edilməsi yolunda davam edən siyasətin nəticəsidir.
8 Mart – qadınların yalnız təbrik edildiyi gün deyil, həm də onların gücünün, bacarığının və cəmiyyətdəki əvəzsiz rolunun bir daha vurğulandığı gündür.
Səbinə Həsənova,
YAP-ın fəalı



