
Azərbaycan tarixində ağır və faciəli iz buraxmışhadisələrdən biri 31 Mart – AzərbaycanlılarınSoyqırımı Günüdür. Bu tarix yalnız matəm və xatirəgünü kimi deyil, həm də azərbaycanlılara qarşı uzunmüddət ərzində həyata keçirilmiş sistemli etniktəmizləmə və qırğın siyasətinin rəmzi kimiqiymətləndirilir. 1998-ci ildən etibarən dövlətsəviyyəsində qeyd edilən bu gün milli tariximizin ağrılısəhifələrinin araşdırılması, eyni zamanda buhəqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıbaxımından böyük əhəmiyyət daşıyır.
XIX əsrin əvvəllərindən etibarən Cənubi Qafqazregionunda baş verən siyasi və geosiyasi dəyişikliklərəhalinin etnik və demoqrafik tərkibinə ciddi təsirgöstərmişdir. Çar Rusiyasının həyata keçirdiyiköçürmə siyasəti nəticəsində erməni əhalisininAzərbaycan torpaqlarına yerləşdirilməsi gələcəkdə başverəcək qarşıdurmaların əsasını qoymuşdur. Bu prosesfonunda formalaşan və ideoloji xarakter daşıyan“Böyük Ermənistan” ideyası regionda etnikmünaqişələrin əsas səbəblərindən birinə çevrilmişdir. Bu ideyanın həyata keçirilməsi məqsədilə ermənimillətçi dairələri müxtəlif dövrlərdə azərbaycanlılaraqarşı zorakılıq, deportasiya və kütləvi qırğınlartörətmişdir. 1905–1907-ci illərdə baş verən hadisələrvə xüsusilə 1918-ci ilin mart-aprel qırğınları həminsiyasətin ən qanlı nümunələrindən biri kimi tarixədüşmüşdür.
1918-ci ilin mart-aprel aylarında Bakı Sovetininrəhbərliyi altında fəaliyyət göstərən daşnak-bolşeviksilahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşıgenişmiqyaslı qırğınlar törədilmişdir. Qısa müddətərzində Bakı şəhərində və ətraf ərazilərdə, həmçininŞamaxı, Quba, Qarabağ, Zəngəzur və İrəvanquberniyasında on minlərlə günahsız insan etnik vədini mənsubiyyətinə görə amansızlıqla qətləyetirilmişdir. Bu hadisələr sadəcə hərbi toqquşmalardeyil, mülki əhaliyə qarşı planlı şəkildə həyatakeçirilmiş soyqırımı siyasəti idi. Yaşayışməntəqələrinin dağıdılması, məscidlərin, məktəblərinvə digər mədəni irs nümunələrinin məhv edilməsi, qadın və uşaqlara qarşı törədilən qəddarlıq bu faciəninmiqyasını daha da ağırlaşdırmışdır.
Araşdırmalar göstərir ki, 1918-ci ilin mart hadisələriyalnız Bakı ilə məhdudlaşmamış, Azərbaycanınmüxtəlif bölgələrini əhatə etmişdir. Şamaxı qəzasındaon minlərlə insan öldürülmüş, yüzlərlə kənddağıdılmışdır. Quba qəzasında minlərlə dinc sakinqətlə yetirilmiş, 122 kənd tamamilə yerlə-yeksanedilmişdir. İrəvan quberniyasında yüzlərlə yaşayışməntəqəsi məhv edilmiş, on minlərlə azərbaycanlıqətlə yetirilmiş və ya öz doğma torpaqlarından didərgindüşmüşdür. Zəngəzur və Qarabağ bölgələrində də etniktəmizləmə siyasəti nəticəsində kəndlər dağıdılmış, əhali kütləvi şəkildə qətlə yetirilmişdir. Bu faktlarsübut edir ki, 1918-ci il hadisələri təkcə lokal xarakterdaşımamış, geniş coğrafiyanı əhatə edən sistemlisoyqırımı siyasətinin tərkib hissəsi olmuşdur.
Uzun müddət ərzində bu hadisələrə obyektiv siyasi vəhüquqi qiymət verilməmiş, xüsusilə sovet dövründətarixi faktların üzəri ört-basdır edilmişdir. YalnızAzərbaycan müstəqilliyini bərpa etdikdən sonra buistiqamətdə ardıcıl dövlət siyasəti həyata keçirilməyəbaşlanmışdır.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 marttarixində imzaladığı “Azərbaycanlıların soyqırımıhaqqında” Fərman bu sahədə mühüm dönüş nöqtəsiolmuşdur. Həmin fərmana əsasən 31 mart rəsmi olaraqAzərbaycanlıların Soyqırımı Günü elan edilmiş, hadisələrin araşdırılması və təbliği istiqamətindəmühüm addımlar atılmışdır. Cənab Prezident İlhamƏliyevin rəhbərliyi ilə bu siyasət daha da inkişafetdirilmiş, yeni elmi tədqiqatlar aparılmış və Qubadaaşkar edilən kütləvi məzarlıq kimi mühüm faktlarbeynəlxalq ictimaiyyətə təqdim olunmuşdur. QubaSoyqırımı Memorial Kompleksinin yaradılması isə bufaciənin yaddaşlarda yaşadılması və gələcək nəsillərəçatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Müasir dövrdə əsas məqsədlərdən biri Azərbaycanhəqiqətlərinin dünya ictimaiyyətinə doğru və obyektivşəkildə çatdırılmasıdır. Bu istiqamətdə dövlətqurumları ilə yanaşı, diaspor təşkilatları, alimlər vəvətəndaş cəmiyyəti institutları mühüm rol oynayırlar. Tarixi faktların sənədlər və sübutlar əsasında təqdimedilməsi, saxta məlumatların qarşısının alınması və buhadisələrə beynəlxalq hüquq çərçivəsində lazımisiyasi-hüquqi qiymətin verilməsi istiqamətindəfəaliyyət davam etdirilməlidir. Bu, həm tarixi ədalətinbərpası, həm də gələcəkdə belə faciələrintəkrarlanmaması baxımından böyük əhəmiyyət daşıyır.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günüxalqımızın tarixində silinməz iz qoymuş faciələrinümumi ifadəsidir. Bu tarix yalnız keçmişi xatırlamaqdeyil, həm də tarixi həqiqətləri qorumaq və onlarıgələcək nəsillərə ötürmək missiyasını daşıyır. Qarşıdaduran əsas vəzifə soyqırımı həqiqətlərinin beynəlxalqmiqyasda tanıdılmasına nail olmaq, ona siyasi-hüquqiqiymət verilməsini təmin etmək və milli yaddaşı daimyaşatmaqdır. Bu isə soyqırımı qurbanlarının xatirəsinəgöstərilən ən böyük ehtiram hesab olunur.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı



