AnalitikaGündəmSiyasət

3 Oktyabr 1993: Müstəqil Dövlətçiliyimizin Hüquqi və Siyasi Təməl Daşı

1993-cü il oktyabrın 3-də keçirilən ümumxalq prezident seçkiləri Azərbaycanın müasir dövlətçilik salnaməsində mühüm dönüş nöqtəsi olmuşdur. Müstəqilliyin ilk illərində ölkədə tüğyan edən dərin siyasi və sosial-iqtisadi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət institutlarının iflic vəziyyəti xalqın vahid bir lider ətrafında sıx birləşməsini zəruri edirdi.

Həmin ilin iyununda elçiliyə cavab verərək Bakıya qayıdan Heydər Əliyevin oktyabrın 3-də keçirilən seçkilərdə seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi ölkədə siyasi sabitliyin və hüquqi qayda-qanunun bərpasının əsasını qoydu.

Bu seçim təkcə dövlət rəhbərinin müəyyənləşməsi deyil, həm də Azərbaycanın parçalanma təhlükəsindən qurtulması və müstəqil dövlət quruculuğu yoluna qədəm qoyması demək idi. Məhz bu tarixdən başlayaraq ölkədə anarxiyanın qarşısı alındı, daxili intizam bərpa edildi və müasir Azərbaycanın uzunmüddətli inkişaf strategiyası müəyyənləşdirildi.

Rəşad Hüseynəliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 185B” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button